beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla Qasım Bayat

Həyatı
Molla Qasım Bayat 1836-cı ildə Kəbirli mahalının Bayat kəndində anadan olmuşdu. İbtidаi təhsilini аtаsındаn аlmışdı. Sоnrа mədrəsədə оxumuşdu. Kəndlərinin dini işləri ilə məşğul olmuşdu. Bayat məscidinin nəzdində mollaxana açmış, uşaqlara savad, şəriət öyrətmişdi.

Molla Qasım xoş xətt idi. Əlyazmaların üzünü köçürürdü. Belə ki, o, əlyazma əsərlərin nüsxələrini çoxaltmaq üçün şagirdləri ilə yanaşı Şuşadan xəttat, rəssam, müzəhib, cildçiləri də kəndlərinə dəvət etmişdi. Onun müddərisliyi dövründə xəttatlıq sənəti əsasən bir fənn kimi Bayat mollaxanasında tədris edilirdi.

Ailəsi
Molla Qasımın Məhəmməd, Yəhya, İsmayıl, Həsən adlı oğlanları vardı.


Tarix: 13.01.2015 / 16:40 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎