beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xristianlığı qəbul etməsi

Hüseynəli bəy səfarətinin qalan üzvləri ilə birlikdə Romadan torpaqla Genuyaya, oradan daqaleralarla Fransaya yola düşür və atlarla Avinyon, Monpelye, Perpinyan kimi şəhərlərdən keçərək, Barselonaya çatır və oradan da qısa dayanacaqlarla İspan Krallığının paytaxtı Valyadolid şəhərinə gəlir. Onu kral Filippə Lerma hersoqu Fransisko Qomez de Sandoval təqdim edir. Burada I Şah Abbasın naməsini İspaniya kralı III Filippə təqdim etməklə Hüseynəli bəyin diplomatik missiyası öz vəzifəsini başa çatdırır və vətənə dönmək üçün Lissabon limanına gəlir. Bu vaxtı bir problem yaranır. Belə ki, səfarətin üzvlərindən biri - Əlfəqul adlanan bir molla bir ispan tərəfindən bıçaqlanaraq öldürülür. Bu vəziyyəti Filippin Portuqaliyadakı canişininə xəbər verən və məhkəməyə müraciət edən Hüseynəli bəy, Oruc bəyi Valyadolidə krala xəbər verməyə göndərir. Və nəhayət 1602-ci ildə səfarət yola düşür. Yola düşmədən əvvəl Hüseynəli bəy bir xəbər daha alır, bu da səfirliyin üç üzvünün xristian olması ilə bağlı xəbər olur. Səfirin qardaşı oğlu Əliqulu bəy Bayat, Bünyad bəy, və Oruc bəy xristian olmaq qərarına gəlir.

Səfirin yaxın qohumu Əliqulu bəyin xaç atası kral III Filippin özü olur. Ona "İranlı Don Filipp" adı verilir. Bünyad bəy xaç suyuna ikinci çəkilir və dönüb "İranlı Don Dieqo" olur. Nəhayət, üçüncü Oruc bəy olur ki, onu da yeni dini qəbul etdikdən sonra "İranlı Don Xuan" adlandırırlar. Onun xaç anası isə İspaniya kraliçası Avstriyalı Marqarita olur.


Tarix: 13.01.2015 / 16:45 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎