beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə bəy Bayat

Həyatı
Quba hakimi Fətəli xan 1775-ci ilin yazında Dərbənd hakimi Mirzə bəy Bayat (Fərhadbəyli) başda olmaqla rus sarayına elçilər göndərərək Quba xanlığının müstəqilliyini saxlamaq şərti ilə Rusiyanın himayəsi altına keçməsi təklifini irəli sürdü. Elçilər iyulun 6–da Moskvaya gedib Fətəli xanın məktubunu rus çarisasına təqdim etdilər. Fətəli xan Quba xanlığının statusunu Gürcüstan və Krımla eyniləşdirməyə çalışırdı. Lakin II Yekaterina Quba xanlığının müstəqilliyni qəbul etməkdən imtina etdi.

Quba xanlığında hakimiyyət ətrafında işcil və bacarıqlı şəxslər cəmlənmişdi. Bunlardan: bacarıqlı hərbi rəis Mirzə bəy Bayat, görkəmli diplomat Mirzə Sadıq Məmmədəliyev, Nazir Xankişi bəy, Mirzə Rəhim, Fətəli xanın arvadı Tuti bikə, Hacı İbrahim bəy, Muss bəy, Eldar bəy və başqalarını göstərmək olar.


Tarix: 13.01.2015 / 16:39 Müəllif: Feriska Baxılıb: 70 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎