Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zahid Vəlibəyov

Həyatı
1919-cu il fevral ayının 20-də Ağdamda anadan olub.

1926-cı ildə 1 saylı Ağdam şəhər orta məktəbinə daxil olub və 3-cü sinfə qədər orada oxuyub, sonra ailəsi ilə birgə Bakıya köçüb,orta təhsilini Bakıda 25 saylı məktəbdə davam etdirib.

1937-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib.

1942-ci il də Azərbaycan İndustrial İnsititunun Energetika fakultəsini bitirib, elə həmin il hərbi səfərbərliyə alınıb Bakı hərbi piyada texnikomundan Şimali Qafqaz cəbhəsinə göndərilib və minamiyot dəstəsində komandir olub. Döyüşlərin birində ayağından qəlpə yarası alıb Maxaçqalada hərbi qospitalda müalicə alıb. Sağaldıqdan sonra piyada rotasının komandiri olub. 1945-ci ildə leytenant rütbəsində ehtiyata buraxılıb.

1953-cü ilin 15 mart tarixində Baki ş. Voroşılovskiy rayonun deputatı seçilmişdir.

II-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni, Almaniya üzərində Qələbə medalı ilə, sonralar Yubiley medalları ilə təltif olunub. Müharibədən sonra 1945-1983-cü illərdə Azərbaycan Baş Enerji Təhcizat İdarəsində rəhbər vəzifələrdə çalışıb, ,,SSRİ-nin fəxri Energetiki,;, Azərbaycan Respublikasının ,,Əməkdar Mühəndisi,, və Əmək veteranı adını alıb. Respublikanın fərdi təqaüdçüsüydü. 1940-1960-cı illərdə Respublika güclü şahmatçıları sırasında yer alıb.

1961-ci ildə Şahmat üzrə Dünya çempionu M.M. Botvinnik Azərbaycanın 8 güclü şahmatçıları ilə seans oyununda Zahid Velibekovla heç-heçə nəticə ilə oyun başa çatıb, 1964-cü ildə Azərbaycanda keçirilən Birinci Xalqlararası turnirində baş hakim olub. Şahmat Üzrə Ümumittifaq dərəcəli hakim adına layiq görülüb.

Bir neçə əlyazmaları "Домик Лермонтова" Rusiya dövlət muzeyində yer almışdır.

Uzun illər Azərbaycan Şahmat federasiyasının sədri olub. Mətbuat və televiziyada Azərbaycan şahmat üçün mühüm işlər görüb. Z.Ə. Vəlibəyovun adı 1964-cü ildə ,,Физкултура и Спорт,,nəşriyatnda çap olunmuş ,.Şahmat lüğəti,, kitabında yer almışdı 1990-cı ildə bakıda vəfat etmişdir.,


Tarix: 13.01.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...