beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barbara Brılska

Barbara Brılska (pol. Barbara Brylska) — Polşanın teatr və kino aktrisası.

Həyatı

Barbara Brılska 5 iyun 1941-ci ildə Polşada Lodzi yaxınlığındakı Skotniki şəhərində anadan olmuşdur. 15 yaşında olarkən ilk rolunu kinoda ifa edir. Çəkilişlərdən sonra teatr dərnəyində məşğul olmağa başlayır. O, Lodz teatr məktəbində oxuyurdu. 1967-ci ildə oranı qurtarır.

1966-cı ildə Boleslav Prusun romanı əsasında çəkilən "Firon" filmində (rejissor: Yeji Kavaleroviç) kahinə Kama rolunu ifa edir. Barbaraya ən böyük şöhrət gətirən rolu isə çoxlu söz-söhbətə səbəb olan "Sevgi anatomiyası" filmində oynadığı Həvva obrazı idi. O, həm də Sovet, Çexoslovakiya və Bolqarıstan kinorejissorlarının filmlərində də çəkilmişdir. SSRİ-də onu tanınmış edən "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmində ifa etdiyi Nadya rolu oldu. Barbara Brılska bu rola görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

XXI əsrin əvvəlində o, teatr səhnələrinə çıxmağa başladı. Brılskanın teatr səhnəsində ilk rolu Moskvada "Kvartet" tamaşasında olmuşdur.

Filmoqrafiya
Firon (1966) / Faraon
Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975) / Ирония судьбы, или С лёгким паром!
Admiral (film, 2008) / Адмиралъ


Tarix: 23.02.2013 / 16:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 268 Bölmə: Aktyorlar