beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazim Ağayev

Müğənni. Aktyor. Arxiv kadrlar.

Həyatı

Nazim Ağayev 1939-cü il 2 yanvar tarixində Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir (musiqili komediya fakültəsi). İnstitutunu bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. 1965-ci ildən Dövlət Televiziya və Radio Komitəsində xor artisti kimi fəaliyyət göstərmişdir.

Həmin illər ərzində Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olmuşdur. Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışmışdır. 1978-ci ildən «Azkonsert» Dövlət konsert-qastrol birliyinin solisti olmuşdur. O, xalq çalğı alətləri ansambllarla birgə Azərbaycan rayonlarında qastrolda olmuş, Azərbaycan musiqi sənətinin nümunələri ləyaqətlə təmsil etmişdir.

1991-ci ildən təqaüddədir. 2009 ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə əməkdar artist fəxri adina layiq görülüb. Ailəlidir, 3 oğlu var.

Filmoqrafiya
Bir qalanın sirri (film, 1959)
Bir cənub şəhərində (film, 1969)
Ən vacib müsahibə (film, 1971)
Kişi sözü (film, 1987)
Yaramaz (film, 1988)
Sahilsiz gecə (film, 1989)
Qarabağ şikəstəsi(2001)
Azərbaycan naminə (film, 2005)


Tarix: 03.02.2013 / 17:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Aktyorlar