beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüsal Murtuzəliyev

Vüsal Murtuzəliyev — Aktyor. Mətn oxuyan.

Həyatı

Vüsal Hasil oğlu Murtuzəliyev 23 aprel 1982-ci ildə Sumqayıtda anadan olmuşdur. Sumqayıt şəhəri 21 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişdir.

2007-ci ildə ona böyük uğur gətirən "Cavid ömrü" filmində çəkilmişdir. Bu ekran əsərində o, Ərtoğrul Cavid obrazını yaratmışdır.

Vüsal Murtuzəliyev dublyaj sahəsində xüsusi uğurları olan aktyorlardandır. Hal-hazırda Azad Azərbaycan televiziyasında qabaqcıl dublyaj aktyoru kimi çalışmaqda davam edir.

Aktrisa Dilarə Əliyevanın qardaşıdır.

Filmoqrafiya
Cümhuriyyət generalları (film, 2006)
Cavid ömrü (film, 2007)
Günaydın, mələyim! (film, 2008)
Halal pullar (film, 2008)
Cavad xan (film, 2009)
Dolu (film, 2012)
Sirr (serial, 2012)


Tarix: 05.02.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Aktyorlar