Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirnazim Əsədullayev

Musiqiçi. Aktyor. Filmlərdə iştirak edən.

Həyatı

Mirnazim Əsədullayev 35 ildən artıqdır Azərbaycan xalq musiqisi ifaçılığı, təbliği və tədrisi ilə məşğul olur. Belə ki, 1969-73-cü illərdə A.Zeynallı adına Dövlət Musiqi Kollecində təhsil aldıqdan sonra 1976-81-ci illərdə Ü.Hacıbəyov adına Musiqi Akademiyasının "kamança" bölməsində ali musiqi təhsili almışdır. Bir ifaçı olaraq peşəkar fəaliyyətə 1971-76-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Xalq Çalğı Alətləri Orkestrində birinci kamançaçı kimi başlamışdır. 35 ildən artıq B.Salahov adına Xalq Çalğı Alətləri Ansamblında işləyərək Azərbaycanın ən məşhur, şöhrətli xanəndələrindən Hacıbaba Hüseynovu, Yaqub Məmmədovu, Əbülfət Əliyevi, Rübabə Muradovanı, Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Zeynəb Xanlarovanı, Ağaxan Abdullayevi və onlarla digər xanəndələri müşayiət etmişdir. 1992-ci ildə Fransada M.Əsədullayevin ifasında milli muğamlarımızı yazılmış, lazer kompakt disk hazırlanaraq muğamsevərlərə ərməğan edilmişdir. Ötən illər ərzində sənətçi saysız-hesabsız tələbə yetişdirmişdir. 2000-ci ildə Təhsil Nazirinin əmrinə əsasən "İlin ən yaxşı pedaqoqu" kimi fəxri Fərmanla təltif olunmuşdur.

Filmoqrafiya
Nigarançılıq (film, 1998)
Mənsuriyyə sorağında (film, 2002)


Tarix: 02.02.2013 / 14:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Aktyorlar
loading...