Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Vəliyev

Ramiz Vəliyev – Əməkdar artist.[Mənbə göstərin]

Həyatı

Ramiz Vəliyev 1959-cu ildə Gəncədə anadan olmuşdur. 1974-cü ildən Gəncə Dövlət Dram teatrında yaradıcı aktyor heyyətində, aktyor kimi işə başlayıb, 1981-1985 ci illərdə M.A.Əliyev adına İncəsənət universitetinin Dram və kino aktyoru şöbəsini, Şəfiqə Məmmədovanın tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir.

1990-cı ildən C.Cabbarlı adına Gəncə Dövlət dram teatrında işləməyi ilə bərabər Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır:

"Bəhram şah"da Bəhram şah, "Şairin məhəbbəti"ndə Məhəmməd, "Gül və Zəhərdə" II loğman, "Qızıl zəncirlər"də Usta, "Məhəbbətin qənimi"ndə Aqil, " Memarın məhəbbəti" – Əcəmi, " Yeddi məhbusun şikayəti" – Çoban, "Dərd yükü" – aparıcı və s. Hal hazırda Volterin "Sadiq və ya Tale" povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi " Əlmanə" tamaşasında Səddaq obrazı üzərində işləyir.

Respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdür, "Qızıl Dərviş" mükafatı laureatıdır.

Ailəlidir. İki övladı var.


Tarix: 03.02.2013 / 18:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 234 Bölmə: Aktyorlar
loading...