Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pərviz Bağırov

Pərviz Bağırov — Azərbaycan aktyoru, film səsləndirən şəxs.

Həyatı

Pərviz Sadıq Saleh oğlu Bağırov 12 noyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn aktyor teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

7-ci qardaş ("Yatmış gözəl və yeddi qardaş", Aleksandr Puşkin), 1-ci işçi ("Knyaz", Hüseyn Cavid), Dustaq ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Həsrət ("Gölgələr pıçıldaşır", Seyfəddin Dağlı), Rasim ("Şəhərin yay günləri", Anar), Hacı Bağdad ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Əyyar ("Fitnə", Abdulla Şaiq), Kamal ("Əliqulu evlənir", Sabit Rəhman), Lennoks ("Maqbet", Uilyam Şekspir), 3-cü zabit ("İblis", Hüseyn Cavid), Mahmud ("Atabəylər", Nəriman Həsənzadə), Altay ("Od gəlini", Cəfər Cabbarlı), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Çar Uluz ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), Şeytan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), 1-ci kafir ("Burla Xatun", Nəbi Xəzri), Talap ("Sokratı anma gecəsi", Çingiz Aytmatov), Qonşu ("Mənim ərim dəlidir", Elçin), Kamran Qızılsəs ("Köhnə ev", Əli Əmirli), Minas ("Hələ sevirəm deməmişdilər", Ramiz Novruz), Dadaşzadə və Sarvan ("Bu dünyanın adamları", Hidayət), Qəhrəman ("Eloğlu", Abdulla Şaiq).

Pərviz Bağırov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Axtaran tapar (film, 1980)
Alman klinikasına şəxsi səfər (film, 1988)
Babamızın babasının babası (film, 1981)
Babək (film, 1979)
Bağ mövsümü (film, 1985)
Bəyin oğurlanması (film, 1986)
Birisigün, gecəyarısı... (film, 1981)
Çətin məsələ (film, 1988)
De ki, məni sevirsən! (film, 1977)
Dədə Qorqud (film, 1975)
Doğma sahillər (film, 1989)
Əlaqə (film, 1989)
Əzablı yollar (film, 1982)
Gecə qatarında qətl (film, 1990)
Gənc qadının kişisi (film, 1988)
Gənclik macərası (film)(tammetrajlı televiziya tamaşası)(AzTv)
Gözlə məni (film, 1980)
Gümüşgöl əfsanəsi (film, 1984)
Həyat bizi sınayır (film, 1972)
Kişilər (film, 1984)
Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
Köhnə bərə (film, 1984)
Qara Gölün Cəngavərləri (1984)
Qəm pəncərəsi (film, 1986)
Qərib cinlər diyarında (film, 1977)
Qəzəlxan (film, 1991)
Qüdsi (film, 2007)
Mastika (film, 1986)
Məhəbbətin familiyası (film, 1977)
Mən mahnı qoşuram (film, 1979)
Mənim ağ şəhərim (film, 1994)
Məsləhət (film, 1988)
Nizami (film, 1982)
Özgə ömür (film, 1987)
Park (film, 1984)
Sahilsiz gecə (film, 1989)
Sarıköynəklə Valehin Nağılı (film)
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Süd dişinin ağrısı (film, 1987)
Sürpriz (film, 1977)
Şeytan göz qabağında (film, 1987)
Şəhərli biçinçilər (film, 1986)
Şəki (film, 1977)
Şirin bülbül (film, 2000)
Təxribat (film, 1990)
Üzeyir ömrü (film, 1981)
"Yapon" və yaponiyalı (film, 1990)
Yaramaz (film, 1988)
Yeni iş üsulu (film, 1989)
Yol əhvalatı (film, 1980)
Yurd yeri (film, 1997)


Tarix: 03.02.2013 / 18:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 625 Bölmə: Aktyorlar
loading...