beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möhdasim Yusifov

Həyatı

Yusifov Möhdasim Seyidəzim oğlu (11.09.1950) 1994-cü ildən Sumqayıt teatrında vokal aktyoru işləyir.

M.Yusifov Sumqayıt teatrında işləməzdən əvvəl, 1972-78-ji illərdə M.Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasında və Dövlət konsert birliyində solist-xanəndə, 1978-1994-cü illərdə isə Sumqayıt şəhər mədəniyyət evinin "Gənclik" Xalq kollektivinin rəhbəri vəzifəsində çalışmışdır. Sumqayıt teatrında oynadığı rollardan Kəndli (J.Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Buğac (F.Məhərrəmov "Oğuzlar"), Polis ( İ.Məlikzadə, S.Ələsgərov "Subaylarınızdan görəsiniz"), Aşıq Əlimərdan (Ə.M.Lələdağ "Tələ"), Qaçqın xəstə ( Y.Həşimov "Həkimlər nobata gedirlər"), Aşbaz (F.Həsənqızı "Anası öpməyən qız"), Saray müğənnisi (Ə.Haqverdiyev "Xacə şah"), Namaz ( M.F.Axundov "Xırs quldurbasan"), Nəzarətçi ( N.Dumbadze "Ağ bayraqlar"), Cangüdən (M.Haqverdiyev "Fədakarlıq"), Əkbər bəy ( Ə.M.Lələdağ "Dağlarda tufan") və s. göstərmək olar.


Tarix: 02.02.2013 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Aktyorlar