Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elvin Mirzəyev

Mirzəyev Elvin Hacı oğlu — Azərbaycan rejissoru və aktyoru.Mündəricat
1 Həyatı
2 Əli və Nino
3 Arşın mal alan
4 Filmoqrafiya
5 Teatr tamaşaları
6 Xarici keçidlər
6.1 Pleylist
7 Həmçinin bax


Həyatı

Elvin Mirzəyev 1974-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun fortepiano şöbəsini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1996–2003-cü illərdə Bakı Kamera Teatrında rejissor, aktyor, 2003-2004-cü illərdə Space TV, 2004-2006-cı illərdə isə ANS TV-də işləyib. 2006-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin təsisçisi və rejissoru olub. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissorudur.

2000-ci ildə "Yaranış" tamaşasına görə Respublika Gənclər Festivalında ikinci mükafat alıb. 2003-cü ildə "İlin ən yaxşı gənc rejissoru" mükafatı ilə təltif edilib. 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Almaniyada, Rusiyada, Ukraynada, Çexiyada, İranda keçirilən beynəlxalq teatr festivallarında öz tamaşaları ilə çıxış edib, mükafatlar alıb. Azərbaycan, rus və ingilis dillərini bilir.

Evlidir – Ayşə adlı qızı və Əlixan-Əliheydər adında oğlu var.
SSRİ xalq artisti, rejissor Mehdi Məmmədovun bacısı nəvəsidir.

Əli və Nino

2006-cı ildə Teatr Xadimləri İttifaqının nəzdində Azərbaycanda ilk dəfə alternativ Yaradıcı Gənclər Mərkəzi layihəsi reallaşır. Mərkəzin təsisçilərindən biri olan Elvin Mirzəyev 2007-ci ildə İttifaqın səhnəsində həyata keçirilən "Əli və Nino" romanı əsasında virtual dekorasiyalı ritual faciənin ssenari müəlliflərindən biri, rejissor və baş rolda çıxış edir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Beynəlxalq Bankının bu layihədə ciddi dəstəyi olur. Tamaşa böyük uğurla nümayiş olunur və tamaşaçıların rəğbətini qazanır. Elvin Mirzəyevin daha geniş auditoriyada tanınmasında "Əli və Nino" tamaşasının xüsusi rolu var. Bir müddət sonra, tamaşaçı axınına baxmayaraq, bilinməyən səbəblər üzündən "Əli və Nino" tamaşası bağlanır. Yalnız dörd ildən sonra (2011-ci ildə), Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Xalq Artisti Amaliya Pənahovanın dəvəti ilə Elvin Mirzəyev tamaşanı yenidən bərpa edə bilir. Əvvəlki ifaçılardan yalnız Əli (Elvin Mirzəyev), Nino (Nigar Həsənzadə)və Seyyid Mustafa (Toğrul Rza) qalmaqla bütün heyyət Bakı Bələdiyyə teatrının daimi aktyorlarından yığılır. 2011-ci ilin 16 may tarixi "Əli və Ninonun" yeni premyera təvəllüdünə çevrilir və yenidən böyük tamaşaçı kütləsi yığır. 2012-ci ilin mart ayında tamaşa daha bir uğura imza atır. Rusiyanın ən mötəbər festivallarından biri, "Qızıl Maska" teatr festivalı "Əli və Nino"nu Moskva şəhərinə dəvət edir. Böyük tamaşaçı alqışı, yüksək resenziyalar, rəylər alan tamaşa "Maska" ilə Bakıya dönür. Həmən ərəfədə tamaşa daha bir neçə festivallara dəvət alır. İki ay sonra, 2012-ci ilin may ayında, Ukraynanın Xerson şəhərində "Melpomena Tavrii" XIV Beynəlxalq Teatr festivalında "Əli və Nino" daha iki mükafata layiq görülür: Baş qəhrəman Nino Kipiani roluna görə aktrisa Nigar Həsənzadə "Ən yaxşı qadın" ifaçısı kimi, ümumulikdə tamaşa və teatr "Yüksək peşəkar səhnə əsəri" mükafatı ilə təltif edilir. Hal-hazırda teatr "Əli və Nino" nun digər festivallarda iştirakına hazırlaşır.

Arşın mal alan

2008-ci ildə Elvin Mirzəyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alır. Bir il sonra, 2009-cu ildə yeni versiyada quruluş verdiyi Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası ilin ən yaxşı tamaşası kimi "Yaxşıların Yaxşısı" mükafatına layiq görülüb.



Filmoqrafiya
Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
Hankı Səmtə- Rejissor 2003
Bura Azərbaycandır- Rejissor 2004
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
Birinci Birincidir (ANS TV-nin 14 illiyinə həsr olunmuş 10 müxtəlif reklam rolikləri-2005)
Aldanmış Kəvakib" (N.Nərimanovun 120 illik yubileyinə həsr olunmuş S/F)
Cənnətdən Qovulmuşlar (Dustaq qadınlar haqqında S/F)
Ditdili (Uşaq və yeniyetmələr üçün satirik veriliş)
Qara Zolaq – 20 İl sonra" (Çernobıl qəzasının 20 illiyinə S/F)
O gün (Heydər Əliyevin xatirəsinə həsr olunmuş S/F)
Vətəndaşların Müharibəsi ( II Dünya Müharibəsində qələbənin 60 illik yubileyinə həsr olunmuş S/F)
Əsirin qayıtması (film, 2002)
Qrinviç meridianından kənarda... qısametrajlı videofilm (2007 – baş rol – Əyyub)
Sübhün səfiri (film, 2012)
Qağayı (2012) çoxseriyalı bədii serial

Teatr tamaşaları
U. Gibson "İki nəfər yelləncəkdə" – 2000-ci il
T. Uilyams "Arzu tramvayı — 2001-ci il
A.P.Çexov "Qılaflı adam" — 2002-ci il
E.Mirzəyev "Çıxış" — 2002-ci il
R.İbrahimbəyov "Unudulmuş avqust" — 2003-cü il
Hofman "Portağal şahzadə" — 2004-cü il
Hofman "Şelkunçik" — 2005-ci il
P.Lyuis "Narniya əhvalatları" — 2006-cı il
Qurban Səid "Əli və Nino" — 2007-ci il
Üzeyir Hacıbəyov "Arşın mal alan" — 2009-cu il


Tarix: 01.02.2013 / 19:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 714 Bölmə: Aktyorlar
loading...