Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəhman Rəhmanov

Rəhman Rəhmanov (d.29 aprel 1957) — Aktyor, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustasıMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Şəkil
5 Həmçinin bax


Həyatı

Rəhman Tofiq oğlu Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakultəsində təhsil alıb.

Televiziyanın yumor verilişdərindən tamaşaçılara yaxşı tanış olan Rəhman Tofiq oğlu Rəhmanov 1974-cü ildən bu günə qədər öz həyatını Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. Rəhman Rəhmanov koloritli, duzlu və məzəli aktyordur. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olub.

Anarın «Qaravəlli» tamaşasında Balaqədeş, Mirzəağa Atəşin «Cırtdan» tamaşasında Div, Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında Təkgöz kişi, Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında Balıqçı, Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında Səfər, Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» tamaşasında Oğru, Əli Səmədlinin «Əzablı günlərin sonu» tamaşasında Qoca zənci, Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında Balaqan sahibi, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Canavar, Nicat Kazımovun «Ələddin» tamaşasında Şah, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Şah, Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» mono tamaşanıda bütün rolları ifa edib.

Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak etmiş və «Qızıl Dərviş» mükafatı laureatı olmuşdur. Aparıcı səhnə ustasıdır.

Filmoqrafiya
Kişi sözü (film, 1987)
Gənc qadının kişisi (film, 1988)
Dəvətnamə (film, 1989)
Olacağa çarə yoxdur (film, 2003)
Yoxlama (film, 2006)
Kəndim+nizə qayıdın!? (film, 2007)
Seans (veriliş, 2007)


Tarix: 04.02.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Aktyorlar
loading...