beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətayə Əliyeva

Aktrisa. Film səsləndirən. Arxiv kadrlar.

Həyatı

Azərbaycanın əməkdar artisti Ətayə Əliyeva 1920 ci ildə Aşqabadda sənətkar ailəsində doğulmuş,səhnə fəaliyyətinə məktəbli ikən həvəskar kimi başlamışdır.Bakı Teatr Texnikumunda ixtisas təhsili almışdır.1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilir.1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə Yerevandakı Azərbaycan teatrına gedir və on il bu teatrda işləyir.Yerevan teatrinda gənc aktrisa həm milli,həm də tərcümə əsərlərinin tamaşasında onlarla maraqlı səhnə obrazları yaradır.Afaq(Nizami),Həcər(Qaçaq Nəbi)Şirin(Fərhad və Şirin).İnci(Xoşbəxtlər),Süsən(Namus),Cəvahir(Cinli),Jenya(Bizim şəhərli oğlan)və başqaları Ətayə xanımın hələ cavanlıqdan mürəkkəb xarakterli,müxtəlif yaşlı qadın obrazlarını məharətlə canlandırmaq bacarığını aydın göstərir.1948-1949-cu illərin teatr mövsümündə artıq kamil artist kimi tanınan Ə.Əliyeva Kirovabad Dram Teatrına dəvət edilir.Bu teatrda o,İradə(Göz həkimi),Səadət(Bahar suları),Bənövşə(Nişanlı qız)kimi yadda qalan obrazlar yaradır.Ətayə xanımın səhnə fəaliyyəti C. Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır.Sevil və Dilbər,Yaqut və Tanya,Sona və Solmaz(Yerevan teatrında),Almaz,Sara,Gültəkin(Kirovabad teatrında)obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olmuşdur. 1956-cı ildə Ətayə xanım yenidən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır,klassik və müasir Azərbaycan dramaturqlarının,eləcə də tərcümə əsərlərinin tamaşalarında eyni məharətlə çıxış edir.Pəri(Pəri Cadu),Sona(Hacı Qara),Fatmanisə(Ölülər),Validə(İliç buxtası),Nəzakət(Sən həmişə mənimləsən),Rəfiqə(Yalan),Məlahət(İkinci səs) və onlarla başqa səhnə obrazları aktrisanın son illərdəki yaradıcılıq naliyyətləridir. Ə.Əliyeva radio və televiziya verilişlərində,kinoda həvəslə çıxış edir.C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Onu bağışlamaq olarmı?"(leytenant Qarayeva),"Bizim küçə"(Bəyim xala),"Dağlarda döyüş"(ana),"Telefonçu qız"(Simuzər),"Uşaqlığın son gecəsi"(Mənsurə)və bir çox başqa filmlərin və televiziya tamaşalarının müvəffəqiyyətində Ətayə xanımın əməyi olmuşdur.
Rejissorlar Ramiz Həsənoğlunun və Rauf Süleymanın anasıdır

Filmoqrafiya
Alma almaya bənzər (film, 1975)
Analar
Arşın mal alan (film, 1965)
Bir cənub şəhərində (film, 1969)
Bizim küçə (film, 1961)
Dağlarda döyüş (film, 1967)
Əsl dost (film, 1959)
General (film, 1970)
Gün keçdi (film, 1971)
İnsan məskən salır (film, 1967)
Körpə (film, 1962)
Qanun naminə (film, 1968)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Mən ki gözəl deyildim (film, 1968)
Onu bağışlamaq olarmı? (film, 1959)
Romeo mənim qonşumdur (film, 1963)
Səhər (veriliş, 1995)
Sizi, kiçik toy məclisinə dəvət edirik (film, 1979)
Sürpriz (film, 1977)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Telefonçu qız (film, 1962)
Topal Teymur (film, 1983)
Torpaq. Dəniz. Od. Səma (film, 1967)
Uşaqlığın son gecəsi (film, 1968)
Yun şal (film, 1965)


Tarix: 06.02.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 405 Bölmə: Aktyorlar