beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Məmmədov

Sabir Məmmədov (d.24 yanvar 1961)— Azərbaycan aktyoru, film səsləndirən.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Mənbə
5 Həmçinin bax


Həyatı

Məmmədov Sabir Novruz oğlu (24.01.1961) 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır:

Xoşbəxt adam ("Park", Rüstəm İbrahimbəyov), 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Hüseyn ("Bəxt üzüyü", Vaqif Səmədoğlu), Toğrul ("Uca dağ başında", Vaqif Səmədoğlu), Xəlil ("Müvəqqəti ər", Rəşid Nuri Güntəkin) və s.

Sabir Məmmədov 1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynamışdır: Səfər ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Kumar ("Qanqın böyük dalğası", C.Əfruz), Fərman ("Yalan", Sabit Rəhman), Şahmar ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Saday bəy ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Akkanad ("Sokratı anma gecəsi", Çingiz Aytmatov), İlus ("Burla xatun", Nəbi Xəzri), Teymur ağa ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Novruz bəy ("Aydın", Cəfər Cabbarlı), Sarvan ("Bu dünyanın adamları", Hidayət), Şair ("Kəllə", Nazim Hikmət), Horatsio ("Hamlet", Uilyam Şekspir), M.Ə.Sabir ("Hərənin öz payı", X.Qoca), Dulu Xaqan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Yavuz ("Afət", Hüseyn Cavid), Oğlan ("Qatil", Elçin), İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Seyid Hüseyn ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Rəşad ("İkinci səs", Bəxtiyar Vahabzadə), Fərəc ("Boy çiçəyi", İlyas Əfəndiyev).

Sabir Məmmədov "Kamança" (Əbdüləli), "Qaçaq Süleyman" (Murad), "Yağışdan sonra" (Əmin), "Apardı sellər Saranı" (İgid), "Qırmızı qar" (Əsgər) teletamaşalarına və "Babamın babasının babası" (Tapdıq), "Təzə evlənənlər" (Rüstəm) bədii filmlərinə çəkilib.

Sabir Məmmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

2005-ci və 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Ailə (film, 1998)
Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
Babamızın babasının babası (film, 1981)
Bomba (film, 2005)
Böyük ömrün 7 anı (film, 2007)
Böyük ömrün davamı (film, 2007)
Canavar balası (film, 1997)
Cavad xan (film, 2009)
Cavid ömrü (film, 2007)
Dar günün dostu (film, 2003)
Dəmir atlı cəngavər (film, 2003)
Dünəni yaşadan sənət (film, 2004)
Fatehlərin divanı (film, 1997)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Güllələnmiş heykəllər (film, 2002)
Həqiqətin özü (film, 2008)
Hərb tariximizdən. Atropat (film, 2003)
Həsrətli gözlərin rəsmi (film, 2003)
"İldırım"lı yolun yolçuları (film, 2003)
İnanc yerlərimiz. Pir Hüseyn xanəgahı (film, 2003)
İnanc yerlərimiz. Piri Mərdəkan (film, 2004)
İşığımız sönməyəcək (film, 2003)
Qarabağ şikəstəsi (film, 1996)
Qayınana (film, 2011)
Qərib bir səs (film, 2003)
Qırmızı qar (film, 1998)
Qız qalası (film, 2000)
Qisas almadan ölmə
Məhkumlar (film, 2007)
Ötən ömrün notları (film, 2003)
Şəhərli biçinçilər (film, 1986)
Təbiətin xilaskarı (film, 2007)
Ultionis
Yağışdan sonra (film, 1998)
Yaşadan, yaşayan Yaşar (film, 2012)
Yeni evlənənlər (film, 1983)
Yumurta (film, 2003)


Tarix: 04.02.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 651 Bölmə: Aktyorlar