beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahin Həsənov

Şahin Həsənov - Azərbaycan Kinomatoqrafçılar İttifaqının üzvü. Aktyor. Geyim rəssamı. Geyim üzrə assistent. Rəssam assistenti. Rekvizit ustası. Kino rəssamı.

Həyatı

Şahin Həsənov (Şahin Həsənli) 1972-cü il iyulun 9-da anadan olmuşdur. 1979-1987-ci illərdə 95 nömrəli məktəbdə təhsil almışdır. 1987-1990-cı illərdə 84 saylı rəssamlıq məktəbində təhsilini davam etdirmişdir. 1990-1992-ci illərdə hərbi xidmətini başa vurduqdan sonra "Azərbaycanfilm" kinostudiyasında işləyir. Əməkdar rəssam Toğrul Sadıqzadənin emalatxanasında sənət dərsləri alıb. Kinoda müəllimi rəssam Adil Azaydır. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

Filmoqrafiya
O dünyadan salam (film, 1992)
Qayalarda qalan səs (film, 1995)
Yük (film, 1995)
Kleopatra (film, 1996)
Oyun (film, 1996)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Dağıdılmış körpülər (film, 1996)
Nə gözəldir bu dünya... (film, 1999)
Yuxu (film, 2001)
Bir anın həqiqəti (film, 2003)
Ovsunçu (film, 2003)
Qraf Krestovski NTV-Rusiya(2004)
Bomba (film, 2005)
Ərazi (film, 2005)
Arzular (2006)-İran
Əlvida (film, 2007)
Ev (film, 2007)
Cavid ömrü (film, 2007)
Hökmdarın taleyi (film, 2008)
Kuklalar (film, 2010)
Qala (film, 2008)
Ehram Tv (film, 2009)
Bir addım (film, 2009)
2 (2009)
Daşatan (2009)
Buta (2010)
Yaddaş (film, 2010)
Mayak (film, 2012)
Sübhün səfiri (film, 2012)


Tarix: 06.02.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Aktyorlar