beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazir Əliyev

Nazir Kərim oğlu Əliyev (29 mart, 1946, Lənkəran) Azərbaycan Respublikasının əməkdar artisdidir. Psixoloji, dramatik və komedik rolları məharətlə oynayıb.Mündəricat
1 Həyatı
2 Aldığı ad və fərmanlar
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

N.Kərim oğlu Əliyev 29 mart 1946-cı ildə dünyaya gəlmişdir. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə professor Rza Təhmasibin kursuna daxil olur.

1968- ci ildə institutu bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə təyin olunur. Bu teatrda M.F.Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" komediyası göstərilirdi. N.Əliyev Qulaməli rolunu ifa etmişdir.Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Samuel, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Babakişi rolunda çıxış edib. A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Sərdar Sərdaroviç rollunda oynayıb.

1970-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına aktyor təyin olunur.Naxçıvan teatrında iyirmidən artıq müxtəlif tamaşalarda rollar oynamışdır. O cümlədən rejisyor N.Sadıqzadənin hazırladığı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Savalan, S.Mixalkovun "Vəhşilər" tamaşa- sında Stepa. B.Vahabzadənin "Yağışdan sonra" əsərində Rüstəm, H.Razinin " Arxalı dağlar" əsərində Ayı Səftər, Ə.Yusiflinin " Qara kağıza muştuluq" əsərində Heybət, M.Tarıverdiyevin " Qəmküsər" faciəsində Əliqulu Qəmküsər rollarını oynamışdır.

Georgi Xuqayevin "Arvadının əri" komediyasında Kazbek, Əziz Nesinin " Toros canavarı" əsərində Duman Osman, Lope de Veqanın " Nə yardan doyur, nə əldən qoyur" komediyasında Markiz Rikardo

Bu rollar Naxçıvan teatrının səhnəsində Nazirin müvəfəqiyyətli yaradıcılıq məhsulu hesab edilə bilər. " Şərq qapısı" qəzetində Hüseyn Razi yazmışdır:

Nazirin oyununa baxdıqca hiss edirəm ki, yaxşı ifacılara ehtiyacı olan teatrımıza istedad gəlmişdir.

1975-ci ilin mart ayında Nazir N.B Vəzirov adına Lənkəran Dövlət Dram teatrına dəvət olunur. Lənkəran teatrında işlədiyi doqquz il ərzində 40-dan çox tamaşada müxtəlif rollar oynamışdır.Onun yaradıcılığının tam bütöv kamillik dövrü məhz Lənkəran teatrının səhnəsində başlamışdır. Azərbaycan dramaturgiyasının ən nümunəvi əsərlərində, həmçinin rus klassikası və Qərbi Avropa dramaturqlarının əsərlərində Nazir Əliyev müxtəlif janrlı və xarakterli rollar oynamışdır:

M.F.Axundovun " Sərgüzəşti vəziri xan – Lənkəran" komediyasında Vəzir, M.İbrahimov " Kəndçi qızı" Alımov, Y.Qaşek "Soldat Şveykin macəraları" Şveyk, V. Şekspir " Qış nağılı"-Qoca Lombardi, A.N.Ostrovski "Tufan " Tixon, Ə.Haqverdiyev "Dağılan tifaq" ,S.Vurğunun "Vaqif" Şeyx Alı, S.Rəhman "Toy" Kərəmov, C.Məmmədquluzadə "Ölülər" Şeyx Nəsrullah, C.Yusifzadə "Səhər qatarı" Kök kişi, M.F.Axundov "Xırs quldurbasan" Divanbəyi, V.S.Vişnevski "Nikbin faciə" Başçı, İ.Əfəndiyev " Unuda bilmirəm" Kərəm dayı, A.Safronov "Yerin cazibəsi" general Beladed, İsa Hüseynov "Bir kişi vardı" Mədəd kişi, N.B.Vəzirov "Hacı Qəmbər" Qıdı xirvə.

1988-ci ildə Nazir Əliyev Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləmək üçün dəvət olunur. Orada:
1. Seyran Səxavət "Qızıl teşt" Kamil.
2. Vaqif Səmədoğlu " Yayda qartopu oyunu" Bahadur.
3. İ.Əfəndiyev " Sevgililərin cəhənnəmdə vüsalı" Cabbar. və.s.

Aldığı ad və fərmanlar
1. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyyəti səmərəli fəaliyyətinizə qazandığınız istehsal müvəffəqiyətlərinə gorə və Naxçıvan MSSR-nin yaradılmasının əlli illiyi ilə əlaqədar olaraq 1974-cü il 4 oktyabr tarixli fərmanı ilə sizi Azərbaycan SSR Ali Soveti Fəxri fərmanı ilə təltif edir.
2.Azərbaycan Sovet Sosialist Respublikası Ali sovetinin Rəyasət heyyəti 1979-cu il 2 aprel fərmanıyla Sovet Azərbaycan Teatr sənətinin inkişafında xidmətlərinə görə Nazir Kərim oğlu Əliyev yoldaşı Azərbaycan SSR Ali Soveti Rəyasət heyyətinin Fəxri fərmanı ilə təltif etmişdir.
3. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyyəti Azərbaycan Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə Nazir Kərim oğlu Əliyev yoldaşa 1982-ci il 1 dekabr tarixli fərmanla Azərbaycan SSR əməkdar artisti fəxri adı verilmışdir.

Filmoqrafiya
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
Fəryad (film, 1993)
Güzgü (film, 1990)(II)
Həm ziyarət, həm ticarət... (film, 1995)
İşarəni dənizdən gözləyin (film, 1986)
Qəzəlxan (film, 1991)
Mənim ağ şəhərim (film, 1994)
O dünyadan salam (film, 1992)
Pəncərə (film, 1991)
Şahid qız (film, 1990)
Şeytan göz qabağında (film, 1987)
Ürək Yaman Şeydir... (????)
Vəssəlam-şüttəmam (film, 1990)
Yeni iş üsulu (film, 1989)
Zirzəmi (film, 1990)
İtgin gəlin (1994)
Ölülər – Şeyx Nəsrullah


Tarix: 03.02.2013 / 17:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 674 Bölmə: Aktyorlar