Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Nurzadə

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Nurzadə Əli Qayıb oğlu (09.01.1948) 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Həmin ildən Sumqayıt Dövlət Dram Teatrına göndərilən aktyor aşağıdakı rolları oynayıb. Bəhram ("Solğun çiçəklər", C.Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C.Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C.Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N.Həsənzadə), Qaratay ("Afət", H.Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C.Cabbarlı) və s.

Əli Nurzadə 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır.Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Şirzad ("Şeyx Xiyabani", İ.Əfəndiyev), Nizami Gəncəvi ("Atabəylər", N.Həsənzadə), Nəsimi ("Fəryad", B.Vahabzadə), M.F.Axundov ("Mənsiz dünya", N.Xəzri), Abdi əfəndi ("Qanlı Nigar", S.Şendil), Mirzə Məhəmməd ("Anamın kitabı", C.Məmmədquluzadə), Çapar ("Şah Edib", Sofokol), Kərim ("Lənkəran xanının vəziri", M.F.Axundov), Mustafa ("Ulduz, yaxud Ədirnə Fəthi", C.Cabbarlı), Şəfiyev ("Bu dünyanın adamları", Hidayət), Qara xaqan ("Özümüzü kəsən qılınc", B.Vahabzadə).

Əli Nurzadə "Mənsur və Sitarə" (Mənsur), "Xatirələrdən gəlmiş qonaq" (Mənsur), "Ürək yaman şeydir" (Əjdər), "Qaçaq Süleyman" (Qaçaq Süleyman) və s. teletamaşalarda oynayıb.

Əli Qayıb oğlu Nurzadə 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Mənsur və Sitarə (film, 1977)-Mənsur
Unudulan adam (film, 1987)
Qaçaq Süleyman (film, 1994)-Qaçaq Süleyman
Güllələnmiş heykəllər (film, 2002)
Yanmış körpülər (film, 2003)
Cavad xan (film, 2009)
Ürək Yaman Şeydir... (????)
Xatirələrdən Gəlmiş Qonaq (Mənsur)


Tarix: 06.02.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 397 Bölmə: Aktyorlar
loading...