Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mətləb Abdullayev

Abdullayev Mətləb Fətəli oğlu – aktyor, rejissor köməkçisi – (02.08.1969)Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Mənbə
5 Həmçinin bax


Həyatı

1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb.

Qaraxan ("Ana intiqamı" Vidadi Babanlı), Carçı ("Kral Lir" Vilyam Şekspir),Hüseynqulu xan ("Hökmdar və qızı" İlyas Əfəndiyev), Şəhər əhli ("Ah, Paris Paris!" Elçin), Topal ("Fərhad və Şirin" Səməd Vurğun), Şahzadə Tiqran ("Pompeyin Qafqaza yürüşü" Nəcəf Həsənzadə), Can ("Sokratı anma gecəsi" Çingiz Aytmatov),4-cü ərizəçi ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qurban ("Aydın" Cəfər Cabbarlı), Əbdürrəhman ("Ədirnə fəthi" C.Cabbarlı), Səfi bəy ("Eşq intiqam" Süleyman Sani Axundov), Halaypozan ("Hələ sevirəm deməmişdilər" Ramiz Novruz), Rozenkrants ("Hamlet" V.Şekspir), 1-ci cangüdən ("Varlı qadın" Əli Əmirli), Həbib bəy ("Dirilən adam" Mir Cəlal), Möhnət ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Nağı ("Ölüləri qəbiristanlıqda basdırın" İsmayıl Şıxlı), Həbib bəy ("Dirilən adam" Mir Cəlal), Elmi işçi ("İkinci səs" Bəxtiyar Vahabzadə).

Aktyor "Yurd yeri" (Ordu əsgəri), "Sağ ol!" (Satıcı), "Qırmızı qar" (Suren) teletamaşalarında oynayıb.

Filmoqrafiya
Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
Biz qayıdacağıq (film, 2007)
Cavad xan (film, 2009)
Cavid ömrü (film, 2007)
Qırmızı qar (film, 1998)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Ölüm növbəsi (film, 2009)
Pərvanələrin rəqsi (serial, 2012)
Sonuncu şahid (film, 2004)
Təlatüm (film, 2006)
Yağışdan sonra (film, 1998)
Yanmış körpülər (film, 2003)
Yurd yeri (film, 1994)
Yurd yeri (film, 1997)


Tarix: 03.02.2013 / 17:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 553 Bölmə: Aktyorlar
loading...