beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Silvestr Stallone

Silvestr Qardensio Stallone (Slay, d. 6 iyul, 1946, Nyu-York) — görkəmli Amerika aktyoru, rejissoru, prodüseri və ssenari müəllifi. Seriallarda da çıxış etmişdir. Con Rembo və Rokki Balboa məşhur rollarının ifaçısıdır. 1970-ci ildən fəaliyyət göstərir. Arvadları əvvəlcə Saşa Çak, sonra Brigitta Nilsen olub, indiki Cennifer Flavindir.Mündəricat
1 Həyatı
2 Çəkildiyi filmlər
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Silvestr Stallone

Silvestr Stallone 1946-cı il iyul ayının 6-sı ABŞ-ın Nyu-York ştatının Nyu-York şəhərində anadan olub. Öz sözlərinə əsasən uşaqlığı elə də xoşbəxt keçməyib. Stallonenin dodaqları, dili və çənəsi uşaqlıqdan bəri iflic olub. Üzü ilə baş vermiş problemlər sonradan onun bir növ vizit kartına çevrilmişdir. Uşaqlıqda raxit xəstəliyindən əziyyət çəkmiş və günlərini daima evdə keçirmişdir. Valideynləri həm Silvestrə həm də onun qardaşı Frank Stalloneyə qarşı çox laqeyd idilər. Valideynləri 1957-ci ildə boşandıqdan sonra 11 yaşlı Silvestr öz atası ilə qaldı. Davranışla bağlı problemləri olduğu üçün tez-tez oxuduğu məktəblərdən xaric edilirdi. Onun qiymətləri olduqca pis idi və o tez-tez sinif yoldaşları tərəfindən ələ salınırdı. Uşaqlıq illərində o öz fantaziyalarında özünü super qəhrəman kimi canlandırırdı. 15 yaşında Stallone Filadelfiyaya, anası və onun yeni ərinin yanına köçür. Bu vaxtlar o ağırlıq qaldırma ilə məşğul olur və emosional pozğunluqları olan uşaqlar üçün nəzərdə tutulmuş "Deveraux High School" məktəbində təhsil alır. Burada o həmçinin qılınc oynatma, futbol və disk atma kimi idman növləri ilə məşğul olur və məktəb pyeslərində rol alır. Məktəbi bitirdikdən sonra Stallone İsveçrənin Amerika kollecində atletik təqaüdü qazanır. Burada o qızların atletika üzrə məşqçisi olur və məktəb tərəfindən təşkil edilən Artur Millerin "Satıcının ölümü" adlı əsərində baş rolda çıxış edir. ABŞ-a qayıtdıqdan sonra, Mayami Universitetində təhsil almış və 1969-cu ildə Nyu-Yorka köç etmişdir.

İlk öncələr Stallone bir sıra aşağı səviyyəli teatrlarda rollar qazanırdı. Gənc yaşlarında hətta bir sıra pornofilmlərdə də çəkilmişdi. 1971-ci ildə Stallone Vudi Allenin "Bananlar" filmində rol alır. Amma 1971-ci ildə ona müraciət etdiyi "Xaç atası" filmində rol vermirlər. 1973-cü ildə "Qiyamçı" filmində baş rola çəkilir. 1974-cü ildə aktrisa Saşa Çak ilə ailə həyatı qurur və Kaliforniyaya köçür. 1974-cü ildə ssenarisi özü tərəfindən yazılmış "Flətbaşın hökmdarı" filmində rol alaraq uğur qazanır. "Rokki" filmi üçün yazdığı ssenari dərhal aparıcı film studiyalarının fikrini cəlb edir. 1976-cı ildə çəkilmiş "Rokki" filmi bir neçə kateqoriyada Oskar mükafatına layiq görülür.

Stallone artıq Hollivudun A kateqoriyalı aktyorları arasına düşmüşdü. O 4 ədəd əlavə "Rokki", 3 "Rembo" və "F.I.S.T." filmlərinin ssenarilərini qələmə almış və onlarda çəkilmişdi. Rejissor debütünü isə "Cənnət xiyabanı" adlı əsəri ilə etmişdi. Bundan başqa o, başqa rejissorlar tərəfindən çəkilən "Dağıdıcı", "Hakim Dredd" və "Polislər ölkəsi" filmlərində rol almış və hətta yaşlanmış şerifi təsvir etmək üçün 30 fut kökəlmişdi. Stallonenin "Dayan, yoxsa anam atəş açaçaq" və "Oskar" kimi filmləri uğurluluq və gəlirlilik cəhətdən müvəfəqiyyətsiz olublar. 1998-ci ildə baş qəhramanlarından birini səsləndirdiyi "Antz" cizgi filmi olduqca böyük uğur qazanır.

Stallonenin şəxsi həyatı ilə bağlı bir sıra problemləri mövcuddur. İlk həyat yoldaşı olan Saşadan iki oğlu dünyaya gəlmişdir: Sage və Seargeoh. Searhgeoh anadangəlmə autizm xəstəsidir. 1985-ci ildə Stallone Saşa ilə boşanır və Brigitt Nilsenlə ailə həyatı qurur. Bu evlilik 1987-ci ilə qədər davam edir. 1997-ci ildə isə Ceniffer Flavinlə ailə həyatı qurur və cütlüyün üç uşağı dünyaya göz açır. Qızı Sofiya anadan gəlmə ürəyində olan dəlikdən əziyyət çəkirdi. Lakin aparılan uğurlu əməliyyatlar nəticəsində bu problem aradan qaldırılmışdır.

Çəkildiyi filmlərİlFilmRolQeydlər
1970Kitti və Stad ətrafında şənlikStud
1970Lovers and Other StrangersExtra
1970No Place to HideJerry Savage
1971KluteExtra/Man dancing in club
1971BananasSubway Thug #1
1974The Lords of FlatbushStanley RosielloWriter (additional dialogue)
1975Farewell, My LovelyJonnie
1975Death Race 2000Machine Gun Joe Viterbo
1975CaponeFrank Nitti
1975The Prisoner of Second AvenueYouth in Park
1975Police StoryCaddoTV guest star
1975KojakDetective Rick DalyTV guest star
1976RokkiRokki BalboaWriter
1976CannonballMafiosoCameo
1978Paradise AlleyCosmo CarboniDirector and Writer
1978F.I.S.T.Johnny D. KovakWriter
1979Rokki 2Rokki BalboaDirector and Writer
1981Escape to VictoryCaptain Robert Hatcha.k.a. Victory
1981NighthawksDet. Sgt. Deke DaSilva
1982İlk qanJohn J. RamboWriter
1982Rokki 3Rokki BalboaDirector and Writer
1983Staying AliveMan on Street (Cameo)Director, Producer and Writer
1984RhinestoneNick MartinelliWriter
1985Rokki 4Rokki BalboaDirector and Writer
1985Rembo 2Con RemboWriter
1986KobraLieutenant Marion 'Cobra' CobrettiWriter
1987Over the TopLincoln HawkWriter
1988Rembo 3John J. RamboWriter
1989Tanqo və KeşRaymond 'Ray' Tango
1989Lock UpFrank Leone
1990Rokki 5Rokki BalboaWriter
1991OskarAngelo 'Snaps' Provolone
1992Stop! Or My Mom Will ShootSgt. Joe Bomowski
1993Demolition ManCon Spartan
1993QayayadırmaşanQeyb UolkerWriter
1994MütəxəssisRay Quick
1995Muzdlu qatillərRobert Rath
1995Hakim DreddJudge Joseph Dredd
1996Daylight|Gün işığıKit Latura
1997Cop LandSheriff Freddy Heflin
1997The Good LifeBossnot released
1998An Alan Smithee Film: Burn Hollywood BurnHimselfCameo
1998AntzWeaverVoice Acting
2000Get CarterJack Carter
2001DrivenJoe TantoWriter
2002D-ToxFBI Agent Jake Malloy(released on DVD as Eye See You )
2002Avenging AngeloFrankie Delano
2003Taksi 3Le premier passagerCameo
2003Spy Kids 3-D: Game OverThe Toymaker
2004ShadeDean 'The Dean' Stevens
2005Las VegasFrenkTV guest star (2 episodes)
2005The ContenderPresenterTV show
2006Rokki BalboaRokki BalboaDirector and Writer
2008Rembo 4Con RemboDirector and Writer
2009Kambakth IshqAs HimselfBollivud filmi
2010MəğlubedilməzlərBarney RossDirector and Writer
2012Məğlubedilməzlər 2Barney RossDirector and Writer


Tarix: 30.01.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 679 Bölmə: Aktyorlar