Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bred Pitt

Bred Pitt (Uilyam Bredli Pitt, d. 18 dekabr, 1963, Şauni, Oklahoma) – Məşhur Amerika kinoaktyoru və prodüseri. "Dostlar" teleserialının epizodlarından birində Uill Kolbert kimi görünür. Reklamlarda da çəkilmişdir. İndiki həyat yoldaşı – Ancelina Coli, bundan qabaq – Cennifer Eniston. Dörd uşağın atası (o cümlədən birinin bioloji).Mündəricat
1 Haqqında
2 Həyatı
3 Bəzi çəkildiyi filmləri
4 Mənbə


Haqqında
Əsl adı: Vilyam Bredli Pitt (William Bradley Pitt)
Doğum tarixi: 18 dekabr 1963 – cü il
Doğum yeri: ABŞ, Missuri, Sprinqfild
Valideynləri: Bill Pitt və Ceyni Pitt
Bacı və qardaşları: balaca qardaşı Duq, balaca bacısı Culi Nil
Övladları: Meddoks Çivan (05.08.2001, övladlıq 10.03.2002), Zahara Marley (08.01.2005, övladlıq 06.07.2005), Şilo Nuvel (Anjelina Colinin bioloji qızı, 27.05.2006), Paks Tien (29.11.2003, övladlıq 15.03.2007)
Təhsili: Sprinqfilddə Kikapu orta məktəbini yüksək ali səviyyəsini keçmişdir, ABŞ–ın Missuri ştatında 1982–ci ildə Universitetion jurnalistika fakultəsinə daxil olur, lakin 1986–cı ildə universiteti atır.
Hobbisi: memarlıq, dizanyn interyer, dizayn landşaft, motosikl sürmək.

Həyatı

Vilyam Bredli Pitt 18 dekabr 1963 – cü ildə Amerikanın Oklahoma ştatının Şauni şəhərində anadan olmuşdur. Onun atası Bill yük maşınları kompaniyasının sahibi, anası Ceyn isə orta məktəblərdən birində müəllim işləyirmiş. Atasının işi ilə əlaqədar ailə Missuri ştatına köçmüşdür və Bredin böyüməsi də Sprinqfild adlanan şəhərdə gerçəkləşmişdir. Ailədə üç uşaq arasında Bred ən böyükləri idi və ondan əlavə olaraq qardaşı Daq, bacısı Culi də vardır. Dostluq bağları ilə bağlanan ailədə böyüyən Bred 40 illik evliliyin bəhrəsidir, onun bacı və qardaşı da artıq ailə qurmuşdur.

Orta məktəbdə təhsil alarkən Bred məktəbin qolf komandasında iştirak edirdi, həmçinin üzgüçülük və tennis komandalarının da üzvü sayılırdı. Bütün bunlarla yanaşı musiqi ilə maraqlanır, güclü iş rejimi qurararaq məktəbin müzakirələrində də iştirak edirdi. Məktəbi bitirdikdən sonra o, Missuridə Universitetə daxil olur və buradaca jurnalistliyin xırdalıqlarını, reklam işinin çətinliyini qavrayır. Bred həmin dövrdə aktyorluğa daha çox can atmağa başlayır və nəticədə universiteti atmaq qərarına gəlir. Bir neçə kitab oxuyub təhsil almaq yerinə heç diplomunu da almadan təhsilini yarıda buraxararaq 325 dollarla öz əşyalarını yığaraq günəşli ölkə olan Kaliforniyaya yollanır. Öz ailəsinin mənfi düşüncələrindən və onların qadağalarından uzaqlaşmaq üçün yalan danışmaq məcburityyətində qalır. Buna görə də valideynlərinə Pasaden şəhərinə gedərək orada Rəssamlıq kollecində oxuduğunu vurğulayır.

Pitt Los Anjelesə gələn kimi ilk günü də iş tapır. Əvvəllər toyuq paltarı geyinərək restorana gələn şəxsləri əyləndirməyə başlayır, sonrakı dövrlərdə qızarmış toyuq paltarı geyinir, hətta gecələrdə müxtəlif şoular da göstərir. Sonunda reklam çarxlarından birində "Levis" adlandırılan cins şalvarını reklam edir. Beləcə təxminən bir il keçir və nəhayət o özünün ilk rolunu əldə edə bilir. "Dallas" serialında çox da uzun olmayan rolu canlandırır. Bu serialdan sonra yenə uzun müddətli durğunluq yaşanır. Pitt televiziyada yayımlanan epizodik rollarda belə yer almağa razı idi. Özündə ustadlığın çatışmadığını hiss etdiyi üçün müxtəlif kino studiyalarına üz tutur. İlk filmi 1989 – cu ildə çəkilən və "Təraş məktəbi" adlandırılan kino olmuşdur. Bu rolla Bred heç kim üçün cəlbedici olmadı. Yalnız 1991 – ci ildə britaniyalı Ridli Skottun rejissorluğu ilə çəkdiyi superfeminist filmi olan "Telma və Luiza" (Thelma and Louisa) Bred Pittin karyerasında mühüm rol oynadı. Bir çox rol aldığı oyunlar da həmin il müddətində çəkilənlər oldu. 1991 – ci ildə çəkilmiş "Conni Sued" (Johnny Suede) və "Paralel dünya" (Cool World) filmləri də həmin ilin məhsuludur. 1992 – ci ildə çəkilmiş ikinci film Bred Pittin həyatında mühüm rol oynamasa da onun müəyyən qədər özünü göstərməsində əhəmiyyətli oldu. 1993 – cü ildə aktyor iki uğurlu filmdə rol almışdır. 1993 – cü ildə çəkilmiş "Kaliforniya" (Kalifornia) və "Həqiqi məhəbbət" (True Romance) kinoları aktyorun həyatında dönüş nöqtəsi oldu.

Növbəti uğur isə aktyorun Edvard Svik tərəfindən çəkilən "Payız əfsanələri" (Legends of the Fall) adlı filmdə baş rola dəvət edilməsi oldu. 1994 –cü ildə çəkilmiş bu filmdə aktyor Entoni Hopkinslə birlikdə rol alırdı. Opertorluq qabiliyyətinə görə film Oskar mükafatına layiq görülmüşdü və bütünlükdə əldə olunmuş dəyər isə 100 milyon dollar idi. Bu filmdən sonra "People" jurnalı Bred Pttin ən cəzbedici insan olduğunu yazmışdı.

Bu filmdən dərhal sonra Bred Pitt Nila Corcana tərəfindən rejissorluğu edilən "Vampirlə müsahibə" (Interview with the Vampire ) adlı filmə dəvət edildi. Bu film 1994 –cü ildə işıq üzü gördü və Bredd Pitt öz yoldaşları olan Tom Kruz, Antonio Banderas və Kristian Sleyterdən heç də geridə qalmadı. Filmdən sonra Bredin məşhurluğu özünün ən yüksək səviyyəsinə qalxdı. Bunlarla yanaşı aktyor özü də ən yaxşı rejissorların əlinə düşdü. Terri Hilliamın çəkdiyi "12 meymun" (12 monkeys" kinosu 1995–ci ildə çəkildi və bununla da aktyor "Qızıl qlobus" mükafatına layiq görüldü. Nəticədə ikinci planda yer alan ən yaxşı aktyor kimi Oskar mükafatının da nazmidələrindən birinə çevrilir, bu filmdə baş rol ifaçısı Bryus Uillis olmuşdu.

1995 – ci ildə Bred Pitt Morqan Firmenlə birlikdə fotoqraf və klipçəkən Devid Finçerin debüt filmində rol alır. 1995 – ci ildə çəkilən film "Yeddi" (Seven) adlandırılır. Çəkiliş olduqca gözəl alınmışıdı və bütün tənqidçiləri şok etmişdi. Bred burada Qvinet Peltrou ilə oynayırdı və aktrisa onun həyat yoldaşını canlandırırdı. Filmdən sonra onların uzun sürən məhəbbəti olmuşdu, toy haqqında söhbətlər yayılmağa başlasa da birdən heç bilinməyən vəziyyətdə onlar ayrıldılar. Bütün bunlar mətbuata heçş bir söz deyilmədən, inciklik olmadan və davasız vəziyyətdə sonlandı.

1996 – cı ildə Bred Pitt Barri Levinsonun çəkdiyi "Yatmışlar" (Sleepers) adlandırılan kinoda çəkildi. Film real hadisələrə əsasən çəkilmişdi. Bir il keçdikdən sonra aktyor cazibədar halı ilə fransız rejissoru Jan-Jaka Annonun Hollivudda çəkdiyi "Yeddi il Tibetdə" (Seven years in Tibet) filmi ilə ilk dəfə debüt etdi. 1997 –ci ildə çəkilən bu film çox sevilməsinə baxmayaraq çinlilərin bəziləri tərəfindən xoş qarşılanmadı, çünki film tibetliləri müxtəlif formalarda əks etdirirdi. Trillerdən ibarət olan və ustad Alana Pakulu tərəfindən çəkilən "Şeytanın şəxsi" (TheDevil's Own) adlanan film 1997 – ci ildə çəkildi və Pitt burada irlandiyalı terroristi canlandırırdı. Burada hər şey üçün öz atasını belə satmağa razı olan adamı canlandırırdı, hansı ki atası rolunda Harisson Ford rol almışdı. 1998 – ci ildə hazırlanan və "Tanış olun Cou Blek" (Meet Joe Black ) kimi tanınan filmdə də Bred özünü çox yaxşı göstərdi.

Nəhayət 1999 – cu ildə Bred Pitt müxtəlif qısamüddətli kəsimlərdən sonra yenidən ekranlara qayıtdı və Devid Finçeranın "Döyüş klubu" (Fight Club) adlanan filmində rol aldı. Bu film Bredə yalnız ABŞ – da deyil, eyni zamanda bütün dünyada məşhurluq gətirdi. Həmçinin dünya tənqidçilərinin də arasında xüsusi qiymətləndirilməyə başlandı, ilk əvvəllər komediya filmi kimi canlandırılan kino daha sonra satira mövzusu olaraq yayımlanmağa başlandı. Hətta bütün ABŞ – ın film satışı edilən müəssisələrində də bu filmə qarşı olan maraq getdikcə sürətləndi. Mətbuat orqanları isə aktyoru yalnız buraxmır bütün jurnallarda onun dəniz sahillərində olan şəkillərini yayımlayırdılar.

2000 – ci ildə aktyor Haya Ritçinin "Böyük qazanc" (Snatch) adlanan filmində rol aldı və 2001 – ci ildə ekranlara "Meksikalı" (The Mexican) kinosu çıxdı. Bu kinoda baş rolları Bred Pitt və Culiya Roberts canlandırırdı.

2001 – ci ildə aktyorun yenə iki filmi yayımlanır. "Kəşfiyyat oyunları" robert Redford və "Ouşunun 11 dostu " Stiven Sodberqin dəvəti ilə bəhrəyə gəlir. Bu filmdə müxtəlif məşhur şəxslər də rol alırdı: Culiya Robert, Corc Kluni, Mett Deymon, Endi Qarsiya da bunlar sırasındadır.

2002 – ci ildə Corc Kluninin "Təhlükəli şəxsin etirafı" (Confessions of a Dangerous Mind) kinosunda Bred ilk dəfə olaraq bu rejissorla debüt edir. Ketron Zeta Consla birlikdə "Sinbad: Yeddi dənizin əfsanəsi" cizgi filminin səsləndirməsini etmişlər.

2004 – cü ildə Bred Pittin iki filmi birdən ekranlarda yayımlanmağa başlayır. Xüsusən baş rolda yer aldığı 2004 –cü ildə çəkilən epos "Troya"(Troy) mühüm rol oynayırdı. Burada aktyor Axilla sürətini canlandırırdı.

2005 –ci ildə ekranlara "Mister və Missis Smitt" çıxdı.

Hazırkı dövrdə aktyorun məşhurluğu çox böyükdür, hətta onun afişadakı bir şəkili belə rol aldığı filmlərə uğur gətirə bilər. Özünün böyüməsi ilə ona ödənilən pul miqdarları da artmağa başladı. "Telma və Luiza" filmindəki roluna görə aktyor 6 min dollar, "Yeddi" filminə görə 4 milyon dollar alan aktyor, "Döyüşçü klubu" və "Tanış olun Cou Blek" filmlərinə görə isə 17,5 milyon dollar məbləğində ödəmə əldə etmişdi.

Aktyor bütün mətbuatın diqqətini yalnız ifa etdiyi rolları ilə deyil, eyni zamanda çoxsaylı romanları ilə özünə cəlb etmişdi. Onun siyahısı müxtəlif Hollivud ulduzlarının adları ilə zəngindir.

2000 – ci ildə Bred Pitt bütün insanlar arasından ən cəlbedici insan kimi seçildi. Lakin onun Ceniffer Anistonla olan evliliyi çoxlarında təssüf hissi doğurmuşdu. Bu evlilik 2000 – ci ildə reallaşsa da müəyyən müddət davam etdi və 2005 – ci ildə Bredt Pittin Anjelina Coliyə qarşı olan hisslərinə görə dağıldı. Ümumiyyətlə 2005 – ci ildə Bred Pitt Cenifer Anistonla yollarını rəsmi şəkildə ayırdı və həmin il də Anjelina Coli ilə nigah masasına oturdu. Əslində bu evliliiyi də ona yaraşdırmayanlar var idi, çünki Anjelina Colinin xoş olmayan keçmişi və bütün həyatı insanların çoxunda qıcıqlandırıcı təəssürat yaradırdı, lakin bütün bunlara baxmayaraq hazırda cütlük xoşbəxtdir.

Bəzi çəkildiyi filmləri
Freddinin qarabasmaları (1988-1990)
Telma və Luiza (1991)
Vampirlə müsahibə (1994) (Qızıl Moruq)
Payız əfsanələri (1994)
On iki meymun (1995) (Qızıl Qlobus mükafatı)
Yeddi (1996)
Yeddi il Tibetdə (1997)
Tanış olun, Co Blek (1998)
Con Malkoviç olmaq (1999)
Döyüş klubu (1999)
Meksikalı (2001)
Casus oyunları (2001)
Ouşenin 11 dostu (2001)
Troya (2004)
Ouşenin 12 dostu (2004)
Mister və missis Smit (2005)
Babil (2006)
Ouşenin 13 dostu (2007)
Bencamin Battonun müəmmalı hekayəsi (2008)
Oxuyandan sonra yandırmaq (2008)
Şərəfsiz əclaflar (2009)
Həyat ağacı (2011)


Tarix: 30.01.2013 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 958 Bölmə: Aktyorlar
loading...