beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Frenk Sinatra

Frenk Sinatra (ing. Francis Albert "Frank" Sinatra, 12 dekabr 1915, Hoboken, Nyu-Cersi – 14 may 1998, Los-Anceles, Kaliforniya) — amerikalı müğənni və aktyor. Romantik ifa stili ilə məşhurdur. Onun ifasındakı mahnılar estradanın və caz musiqisinin svinq janrının klassikaları arasında daxil olmuş, amerikalıların bir neçə nəsli bu mahnılar üzərində tərbiyə olunmuşdur.

Svinq musiqisinin populyar olduğu dövrdə karyerasına başlayan Sinatra 1940-cı illərin əvvəllərində məşhurluq qazanmağa başladı və gənclərin sevimlisinə çevrildi. 50-ci illərin əvvəllərində karyerasında eniş dövrü yaşansa da, 1954-cü ildə "Bundan sonra əsla" (From Here to Eternity) filmindəki Ancelo Madjio roluna görə layiq görüldüyü "ən yaxşı arxa plan kişi roluna görə" Oskar mükafatı onun şöhrətini yenidən artırdı.

1965-ci ildə Frenk Sinatra 50 yaşını qeyd etdi, Emi mükafatına layiq görülmüş "Frenk Sinatra: İnsan və onun musiqisi" (Frank Sinatra: A Man and His Music) televiziya filmində çəkildi və özünün ən məşhur mahnılarından olan "Strangers in the Night" və "My Way" mahnılarını ifa etdi. 50 illik aktiv yaradıcılıq fəaliyyəti dövründə Sinatra 100-ə yaxın populyar sinql-disk yazdırmış, ABŞ-ın ən məşhur bəstəkarlarının – Corc Gerşvin, Kol Porter və İrvinq Berlinin əsərlərini ifa etmişdir.

1971-ci ildə karyerasını başa çatdırdığını elan etsə də, nadir hallarda konsertlər verməkdə davam edirdi. 1973-cü ildə bir neçə albom yazdırdı, 1979-cu ildə isə başqa bir məşhur mahnısını "New York, New York"u ifa etdi. Sonuncu konsertini 1994-cü ildə vermişdir.

Frenk Sinatra 1998-ci il mayın 14-ü gecə saat 10:50-də Los-Ancelesdəki "Cedars-Sinai" tibb mərkəzində, 82 yaşında vəfat etmişdir.

Sinatra 11 Qremmi mükafatına layiq görülmüşdür. 1997-ci ildə ABŞ-ın ali mükafatı sayılan Konqresin Qızıl Medalı ilə təltif edilmişdir.

Diskoqrafiya
1946 — The Voice Of Frank Sinatra
1948 — Christmas Songs By Sinatra
1949 — Frankly Sentimental
1950 — Songs By Sinatra
1951 — Swing And Dance With Frank Sinatra
1954 — Songs For Young Lovers
1954 — Swing Easy!
1955 — In The Wee Small Hours
1956 — Songs For Swingin' Lovers
1956 — This Is Sinatra!
1957 — A Jolly Christmas From Frank Sinatra
1957 — A Swingin' Affair!
1957 — Close To You And More
1957 — Where Are You
1958 — Come Fly With Me
1958 — Sings For Only The Lonely (Only The Lonely)
1958 — This Is Sinatra Volume 2
1959 — Come Dance With Me!
1959 — Look To Your Heart
1959 — No One Cares
1960 — Nice 'N' Easy
1961 — All The Way
1961 — Come Swing With Me!
1961 — I Remember Tommy
1961 — Ring-A-Ding-Ding!
1961 — Sinatra Swings (Swing Along With Me)
1961 — Sinatra’s Swingin' Session!!! And More
1962 — All Alone
1962 — Point Of No Return
1962 — Sinatra And Strings
1962 — Sinatra And Swingin' Brass
1962 — Sinatra Sings Great Songs From Great Britain
1962 — Sinatra Sings Of Love And Things
1962 — Sinatra-Basie An Historic Musical First (feat. Count Basie)
1963 — Sinatra’s Sinatra
1963 — The Concert Sinatra
1964 — America I Hear You Singing (feat. Bing Crosby & Fred Waring)
1964 — Days Of Wine And Roses Moon River And Other Academy Award Winners
1948 — Christmas Songs By Sinatra
1949 — Frankly Sentimental
1950 — Songs By Sinatra
1951 — Swing And Dance With Frank Sinatra
1954 — Songs For Young Lovers
1954 — Swing Easy!
1955 — In The Wee Small Hours
1956 — Songs For Swingin' Lovers
1956 — This Is Sinatra!
1957 — A Jolly Christmas From Frank Sinatra
1957 — A Swingin' Affair!
1957 — Close To You And More
1957 — Where Are You
1958 — Come Fly With Me
1958 — Sings For Only The Lonely (Only The Lonely)
1958 — This Is Sinatra Volume 2
1959 — Come Dance With Me!
1959 — Look To Your Heart
1959 — No One Cares
1960 — Nice 'N' Easy
1961 — All The Way
1961 — Come Swing With Me!
1961 — I Remember Tommy
1961 — Ring-A-Ding-Ding!
1961 — Sinatra Swings (Swing Along With Me)
1961 — Sinatra’s Swingin' Session!!! And More
1962 — All Alone
1962 — Point Of No Return
1962 — Sinatra And Strings
1962 — Sinatra And Swingin' Brass
1962 — Sinatra Sings Great Songs From Great Britain
1962 — Sinatra Sings Of Love And Things
1962 — Sinatra-Basie An Historic Musical First (feat. Count Basie)
1963 — Sinatra’s Sinatra
1963 — The Concert Sinatra
1964 — America I Hear You Singing (feat. Bing Crosby & Fred Waring)
1964 — Days Of Wine And Roses Moon River And Other Academy Award Winners
1964 — It Might As Well Be Swing (feat. Count Basie)
1964 — Softly As I Leave You
1965 — A Man And His Music
1965 — My Kind Of Broadway
1965 — September Of My Years
1965 — Sinatra '65 The Singer Today
1966 — Moonlight Sinatra
1966 — Sinatra At The Sands (feat. Count Basie)
1966 — Strangers In The Night
1966 — That’s Life
1967 — Francis Albert Sinatra & Antonio Carlos Jobim (feat. Antonio Carlos Jobim)
1967 — The World We Knew
1968 — Cycles
1968 — Francis A & Edward K (feat. Duke Ellington)
1968 — The Sinatra Family Wish You A Merry Christmas
1969 — A Man Alone The Words And Music Of McKuen
1969 — My Way
1970 — Watertown
1971 — Sinatra & Company (feat. Antonio Carlos Jobim)
1973 — Ol' Blue Eyes Is Back
1974 — Some Nice Things I’ve Missed
1974 — The Main Event Live
1980 — Trilogy Past Present Future
1981 — She Shot Me Down
1984 — LA Is My Lady
1993 — Duets
1994 — Duets II
1994 — Sinatra & Sextet Live In Paris
1994 — The Song Is You
1995 — Sinatra 80th Live In Concert
1997 — With The Red Norvo Quintet Live In Australia 1959
1999 — '57 In Concert
2002 — Classic Duets
2003 — Duets With The Dames
2003 — The Real Complete Columbia Years V-Discs
2005 — Live From Las Vegas
2006 — Sinatra Vegas
2008 — Nothing But The Best


Tarix: 30.01.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 474 Bölmə: Aktyorlar