Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Patrik Sueyzi

Patrik Sueyzi (ing. Patrick Swayze; 17 avqust 1952 - 14 sentyabr 2009) — Amerikalı aktyor, rəqqas və ifaçı-bəstəkar.

“Çirkin rəqslər” (1987) və “Ruh” (1990) filmlərindəki rollarına görə dünya şöhrəti qazanıb. “Ruh” filmi 5 nominasiya üzrə “Oskar” mükafatına namizəd göstərilmişdir. Bu filmdə Sueyzinin tərəf müqabilləri Demi Mur və Vupi Qoldberq olmuşdur. 1991-ci ildə "People" jurnalı onu "İlin Ən Seksual Kişisi" elan etmişdi.

2008-ci ilin martında Sueyzidə mədəaltı vəzinin xərçəngi aşkar edildi. Həmin ilin iyununda müsahibə verən aktyor həqiqətən də bu xəstəliklə mübarizə apardığını, amma həkimlərin bədbin proqnoz verdiklərini etiraf edib. Ağır xəstəliyə baxmayaraq, Sueyzi "Vəhşi" ("The Beast") teleserialındakı rolunu tamamlayıb. 2009-cu ilin əvvəlində isə həyat yoldaşı ilə birlikdə memuarlar yazmağa başlayıb.

Patrik Sueyzi 2009-cu il sentyabrın 14-də Los-Ancelesdə 57 yaşında vəfat edib. Onun ölümü ilə bağlı rəsmi nümayəndəsi Annet Volfun bəyanatında bildirilir: “Patrik Sueyzi xəstəliklə 20 ay davam edən mübarizədən sonra ailə üzvlərinin yanında sakitcə dünyasını dəyişib”.

Filmoqrafiya
Ruh (film, 1990) / Ghost


Tarix: 30.01.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Aktyorlar
loading...