beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qreqori Pek

Qreqori Pek (ing. Gregory Peck) — tanınmış ABŞ aktyoru.

Həyatı

Eldred Qreqori Pek 5 aprel 1916-cı ildə Kaliforniya ştatının La-Hoyya şəhərciyində anadan olmuşdur. 3 yaşında ikən valideynləri ayrılmışdılar. Pekin atası qarışıq millətdən idi: atası ingilis, anası irland idi. Hətta anası da qarışıq millətdən idi (atası şotland, anası ingilis)... Qreqori Pek Los-Ancelesdəki Sent-Con hərbi akademiyasında və Kaliforniyanın Berkli universitetində təhsil almışdır.

Qreqori Pek təhsil haqqını dalandar və ofisiant işləyərək özü ödəyirdi. Universitetdə oxuduğu illərdə Pek ədəbiyyat və aktyorluq sənəti ilə xüsusi maraqlanır və hətta universitet teatrına üz tutur. 1939-cu ildə Qreqori Pek bakalavr dərəcəsi alır və bir dəfə aktyorluq həvəsi onda baş qaldırır. Bu zaman Qreqori Nyu-Yorka getməli olur.

Ciddi şikəstlik onu İkinci Dünya müharibəsində xidmət etməkdən azad edir. Elə bu zaman onun bəxti gətirir təqaüd almağa başlayır. 2 teatr mövsümündən sonra Pek Brodveyə doğru irəliləməyə nail olur. Brodvey teatrlarının səhnələrində onun ifa etdiyi hər üç tamaşa teatr tənqidçiləri və izləyiciləri tərəfindən müsbət qarşılanır. Pekin sorağı Hollivuda da gedib çatır. 1944-cü ildə Qreqori Pekə "Şöhrət günləri" filmində partizan rolunu ifa etməyi həvalə edirlər.

Elə həmin ildə də (1944) "Şahlığın açarı" filmində çəkilir. Bu filmdə rol alması Qreqori Pekə ulduz statusu və ilk "Oskar" qazandırır. Həmin müharibə illəri zamanı Hollivudda bir növ aktyor qıtlığı yaranmışdı. Səbəb bütün məşhur aktyorların cəbhəyə yollanması idi. Buna görə də Qreqori Pek rejissorlar tərəfindən "əldən buraxılmayan tapıntı" kimi aramsız olaraq müxtəlif filmlərə dəvət alırdı.

50 illik aktyorluq fəaliyyəti zamanı Pek 50-dən artıq filmdə çəkilməyə nail oldu. Onu dəfələrlə "Oskar"a namizəd seçsələr də, yalnız bir dəfə – "Masqaraçını öldürmək" filmində ifa etdiyi vəkil roluna görə bu mükafatı qazana bilir. Bu film 1962-ci ildə ekranlara çıxmışdı.

Nüfuzlu aktyor olmasına baxmayaraq, 1947-ci ildə Pek öz vətənində Mel Ferrerlə birgə əsasını qoyduğu kiçik "Pleyhauz" teatrında işləməyə razı olmuşdu. Ömrünün sonlarına yaxın bir nəfərin şousu ilə ("Qreqori Peklə söhbətlər") bütün Amerikanı gəzir. Burada o, özü haqqında danışır və dinləyicilərin verdiyi ayrı-ayrı sualları cavablandırırdı.

Qreqori Pek 12 iyun 2003-cü ildə 87 yaşında Los-Ancelesdə ürək çatışmazlığı və bronxial pnevmoniya diaqnozu ilə vəfat etmişdir.

Filmoqrafiya
Şöhrət günləri (1944) / Days of Glory
Şahlığın açarları (1945) / Keys of the Kingdom
Ovsunlanmış (1945) / Spellbound
Maral balası (1946) / Yearling
Günəş altında duel (1946) / Duel in the Sun
Centlmensayağı razılaşma (1947) / Gentleman's Agreement
Makomber işi (1947) / Macomber Affair
Sarı səma (1948) / Yellow Sky
Şaquli uçuş (1949) / Twelve O'Clock High
Böyük günahkar (1949) / Great Sinner
Atıcı (1950) / Gunfighter
Kapitan Qorasio (1951) / Captain Horatio Hornblower R.N.
David və Virsaviya (1951) / David and Bathsheba
Kilimancaro qarı (1952) / Snows of Kilimanjaro
Roma tətilləri (film, 1953) / Roman Holidays
Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954) / The Million Pound Note
Gecə adamları (1954) / Night People
Bənövşəyi düzənlik (1954) / Purple Plain
Mobi Dik (1956) / Moby Dick
Qadını yaradarkən (1957) / Designing Woman
Bravados (1958) / Bravados
Böyük ölkə (1958) / Big Country
Sevimli bütpərəst (1959) / Beloved Infidel
Sahildə (1959) / On the Beach
Navaron adasının topları (1961) / Guns of Navarone
Qorxu burnu (1962) / Cape Fear
Masqaraçını öldürmək (1962) / To Kill a Mockingbird
Kapitan Nyumen (1963) / Captain Newman, M.D.
Xəyal (1965) / Mirage
Arabesk (1966) / Arabesque
Ayın izi ilə (1968) / Stalking Moon
Makkennanın qızılı (film, 1969) / Mackenna's Gold
Sədr (1969) / Chairman
İtirilmişlər (1969) / Marooned
Nişanə (1976) / Omen
Mak Artur (1977) / MacArthur
Braziliyadan olan oğlanlar (1978) / Boys from Brazil
Dəniz canavarları (1980) / Sea Wolves
Mavi və boz (1982) / Blue and the Gray
Qırmızı və qara (1983) / Scarlet and the Black
Təəccübedici Qreys və Çak (1987) / Amazing Grace and Chuck
Başqalarının pulları (1991) / Other People's Money
Qorxu burnu (1991) / Cape Fear
Mobi Dik (1998) / Moby Dick


Tarix: 30.01.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 555 Bölmə: Aktyorlar