Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keyt Ueyn

Keith Wayne (ing. Keith Wayne; 16 Yanvar 1945-9 Sentyabr 1995) — ABŞ aktyorudur. Ən yaxşı rolu "Yaşayan ölünün gecəsi" filmində Tom roludur. Film karyerası boyu cəmi bir filmə çəkilmişdir.

Həyatı

Keyt Ueyn 16 Yanvar 1945-ci il tarixində Pensilvaniya ştatının Vaşinqton şəhərində anadan olmuşdur. Əsl adı "Ronald Keyt Hartman" (ing. Ronald Keith Hartman) kimidir. İlk təhsilini "Masfield Universiteti"ndə musiqi üzrə almışdır. Bir çox tetar səhnələrində rol almışdır. 1968-cı ildə Yaşayan ölünün gecəsi adlı filmdə iştirak etmişdir. Ayrıca olaraq filmdən sonra bir neçə il "Ronnie and the Jestors" adlı çox populyar olmayan dans-pop janrında ifa edən qrupda ifaçı kimi çalışmışdır. Musiqi karyerasını bitirdikdən sonra insanları əl ilə müalicə edən Hiropraktor sahəsində çalışmşdır. Keyt Ueyn 9 Sentyabr 1995-ci il tarixində 50 yaşında Şimali Karolinanın Keri şəhərində vəfat etmişdir.

FilmoqrafiyaİlFilmin adıRol
1968Yaşayan ölünün gecəsiTom


Tarix: 30.01.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 215 Bölmə: Aktyorlar
loading...