Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mattias Hyuz

Mattias Hyuz (alm. Matthias Hues, 14 fevral 1959) — əslən alman olan ABŞ aktyorudur. Ən məşhur filmləri sırasında Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım, Qaranlıq mələyi və Qanunun missiyası filmlərini göstərmək olar.

Həyatı

Mattias Hyuz 1959-cu ildə Almaniyanın Valtrop şəhərində dünyaya gəlmişdir. Yeniyetmə illərində idmanla məşğul olmuşdur. Karate və Taekvando üzrə qara kəmərə sahib olduqdan sonra ABŞ-a getmişdir. ABŞ-a köçdükdən sonra pulu qurtarmağa başlayır. Bu zaman Mattias gecəni maşınlarda keçirir. Burada Jan-Klod Van Dammın imtina etdiyi Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım filminə çəkilmişdir. Film Mattias Hyuz Rusiyalı İvan rolunu canlandırmışdır. Çəkildiyi rola görə 6000 dollar honorar qazanmışdır. Bu filmdən sonra Mattias bakirə xaxnımın yanında cangüdən kimi çalışmışdır. 1990-cı ildə Qaranlıq mələyi filminə çəkildikdən sonra məşhurluq qazanmışdır. Mattias Hyuzun boyu 196-sm-dir.

FilmoqrafiyaİlFilmRol
1988Nə geri çəkil, nə də təslim ol 2: Şiddətlənmiş ildırımİvan
1988Gödəkboy–böyük qoz
1989Yumruq döyüşünün kralı
1990Qaranlıq mələyiÖzgəplanetli
1991Kikboksçu 2: Geri dönmək
1992Qara kəmər
1992Qartal cırmağı
1992Qanunun missiyası
1993Səxavət casusu
19932000-ci il polisləri
1994Ölüm oyunu
1995Dəmir yumruq
1995Rəqəmli insan
1995Kiber adam
1995Pələng ürəyi
1997Konan
1998Müdafiəçi
2001Canlı ölülərin legionu
2007Dinozavrların döyüşü
2009Fırıldaqçı


Tarix: 30.01.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Aktyorlar
loading...