Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Jan-Klod Van Damm

Jan-Klod Van Damm (Jan-Klod Kamill Fransua Van Varenberq d. 18 oktyabr, 1960, Brüssel) məşhur Belçika kikboksçusu və aktyoru. Görkəmli rolları – Frenk Duks Qanlı İdman, Lük Devero Universal əsgər.Mündəricat
1 Həyatı
2 Şəxsi həyatı
3 Mükafatları
4 Film karyerası
5 Filmoqrafiya
6 Maraqlı faktlar
7 Xarici istinadlar


Həyatı

Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur.Onun atası buxalter və gül dükanının sahibi idi.12 yaşından başlayaraq karateyə gedir.16 yaşında Avropa çempionu olaraq Qara kəmər qazanır.1976-cı illərdən başlayaraq turnirlərdə iştirak edir. 22 turnirdə iştirak edir. Yalnız 4 turnirdə məğlub olur. Patrik Teugelsə (belçikalı idmançı) 2 dəfə uduzmuşdur.Van Damm onu 1980-cı ildə məğlub edərək çempion olur ( 1-ci raundda texniki nokaut nəticəsində). Jan Klod 1978-1979-cu illərdə Professional Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.

1996-ci ildə 3-cü arvadı Derci La Piyer ilə boşandıqdan sonra kokaindən (narkotikin bir növü) əziyyət çəkmişdir. Hətta özünü də öldürmək istəyirdi. 1996-1997-cı illər ərzində müalicə olunduqdan sonra narkotiki birdəfəlik tərgizmişdir.

Şəxsi həyatı

Jan Klod Van Dammın 4 arvadı olub: Mariya Rodriges (venesuelalıdır , Van Damm 1981-ci ildə Amerikaya gedən zaman boşanmışlar) , Sintiya Derdian ( 1985-cı ildə evləniblər; 1986-cı ildə isə boşanmışlar ) , Qladis Portiqes (modeldir, 1986-cı ildə evləndilər ; 1992-ci ildə boşanmışlar; 1999-cu ildə isə yenidən ailə həyatı qurmuşlar ) və Derci La Piyer (modeldir , 1994-cü ildə evləniblər; 1996-cı ildə isə boşanmışlar). Jan-Klod Van Dammın 3 uşağı (2 oğul və 1 qız) var: Qladis Portiqesdən Kristofer (oğlu) və Bianka (qızı) , Derci La Piyerdən isə Nikolas adlı bir oğlu var.

Mükafatları

MTV Movie Awards kinomükafatında kateqoriyaya görə "The most desirable man" (ing. Ən arzu olunan kişi) mükafatına 3 dəfə (1992, 1993 və 1994) layiq görülmüşdür. 2010-cu ildə "The Grand World Prize" (ing. Böyük Dünya Mükafatı) mükafatı və Golden Talents Of The Planet (ing. Planetin Qızıl İstedadları) mükafatının qızıl ordeninə layiq görülmüşdür.

Film karyerası

Jan-Klod Van Damm (2007)

Döyüş filmlərinin məşhur aktyoru Jan-Klod Van Damma 1981-ci ildə ailəsinin maddi və mənəvi dəstəyini əsirgəməsinə baxmayaraq Los Ancelesə gəldi. Formasını qorumaq və idmanlarını axsatmamaq adına razılaşdığı bir idman salonunun ödənişsiz təmizliyini və işlətməsini edirdi. O sıralarda qısa davamlı taksi şoferliyi, gecə klublarında cangüdənlik, pizzaçılıq kimi gündəlik işlər etdi. 1983-cü ildə Fransız istehsalı olan "Rue Barbara" adlı filmdə polis rolunu canlandırdı. 1984-cü ildə "Sınmaq" adlı filmində rol aldı. Eyni il "Əbədi Monako" adlı 40 dəqiqəlik bir qısa parodi filmdə 5 dəqiqəlik qısa roluyla homoseksual bir karateçini canlandırdı. Bu filmdən sonra uğur qazanmaq üçün Hong Konga getdi, ancaq istədiyi müvəffəqiyyəti əldə edə bilməyincə şansını Hollivudda sınağa qərar verdi. Məşhur döyüş ulduzlarından kiçik rollar ifa etmək üçün kömək istədi. Tək verilən şans Arnold Şvartseneggerin baş rolda çəlildiyi "Yırtıcı" filmindəki Yırtıcının kostyumunu geymək oldu. Sınaq çəkilişləri əsnasında Jan-Klod Van Damma ilə prodüser arasında problem çıxınca rolu ləğv oldu. Bəzi fitness və Uzaq şərq idmanları jurnallarına əzələlərini nümayiş etdirirdi. Aktyorun söylədiyinə görə İngiliscə öyrənmək üçün "Daş Dövrü" cizgi filmini izləyirdi. 1986-cı ildə "Nə geri çəkil , nə də təslim ol " filmində oynadı. Rolu qısa idi və pis adam xarakterində canlandırılmışdır.Ancaq bəzi ətraflar tərəfindən onun fərq edilməsini təmin etdi. 1988-ci ildə kiçik büdcəli sıravi bir agent filmi olan "Qara Qartal" oynadı. Ancaq yenə də bu filmlər aktyorun gözlədiyi çıxışı etməsinə çatmamışdı.

Bir gün Cannon Film film istehsal edən kompaniya sahiblərindən Menahem Qolanın ofisini axtarıb görüş istəyir. Dəfələrlə görüş götürüb sovuşdurulan aktyor Menahem Qolanı çöldə görməyə çalışar. Bir gün də restoranda günorta yeməyindən sonra çıxarkən Jan-Klod onun önünü kəsər və başının üstünə bir təpik vurur. Menahem Qolan bu maraqlı və təsiredici tanış olma vəsiləsiylə Van Dammı beynəlxalq döyüş ulduzu edəcək rolu Bloodsport adlı film proyektiylə birlikdə başladar. Filmin qısa müddətdə bütün dünyadakı kassa müvəffəqiyyətindən sonra Van Damma macəra filmlərinin ən çox axtarılan adlarından biri oldu. 1989-cu ildə yaxın çəkiliş planları və dəyişik kamera bucaqları ilə diqqətləri çəkən fantastik filmi olan "Kiborq" filmində oynadı. Filmin bir səhnəsində gözünə gələn plastik bıçaq nəticəsində kor olan oyunçuya 485.000 dollar təzminat ödəmək məcburiyyətində qalan Van Damm mövzu haqqında çox kədərli olduğunu hər fürsətdə dilə gətirir. Cannon Film şirkətiylə 3 filmlik bir razılaşmağa imzalaymış olan aktyor bu müqavilənin son filmi olan Kickboxer üçün ssenarisini bəyənməsəm də hekayəni daha yaxşı bir hala gətirmək üçün özümdən bir şeylər qatmaq və oynamaq məcburiyyətindəydim deyir. Cannon film şirkəti qızıl çağını yaşamasına baxmayaraq keyfiyyətini gündən günə salan B filmlərə imza atmağa başlamışdı və bu rolların bir çoxunu Jan-Kloda təklif etmişdilər. Ancaq aktyor ssenarilərin və rolların əvvəlkilərə nisbətlə əhəmiyyətsiz və mənasız olduğunu ifadə edərək Cannon şirkəti ilə bağlarını koparttı.

Universal Studiosla etdiyi 6 filmlik razılaşma ilə daha xüsusiyyətli və daha böyük büdcəli proyektlərdən əhəmiyyətli pullar qazanmağa başladı. Daha sonra ssenarilərinə iştirak etdiyi Cəsur ürək, "Ölümcül order" , "İkiqat zərbə", Universal əsgər kimi döyüş filmlərində karyerasının qızıl çağını davam etdirdi.

Aktyor , ssenarist , prodüser və montajçıdır. 47 filmdə çəkilmişdir (43 film , 2 teleserial və 2 cizgi filmi).

Filmoqrafiya
1984 – Barbar küçəsi / Rue Barbare
1984 – Breyk-dans: Film / Breakin'
1984 – Əbədi Monako / Monaco Forever
1984 – İtkin düşmüşlər / Missing in Action
1986 – Nə geri çəkil, nə də təslim ol / No Retreat , No Surrender ( İvan rolunda )
1988 – Qara qartal / Black Eagle
1988 – Qanlı idman / Bloodsport ( Frenk Dyuk rolunda)
1989 – Kikboksçu / Kickboxer
1989 – Kiborq / Cyborg
1990 – Ölümcül order / Death Warrant
1990 – Cəsur ürək ( məzuniyyətsiz iştirak etməyin ) / Lionheart ( A.W.O.L. – absent without leave ) (Lion rolunda)
1991 – İkiqat zərbə (film, 1991) / Double İmpact
1992 – Universal əsgər / Universal Soldier ( Lyuk rolunda )
1993 – Çətin hədəf / Hard Target
1993 – Heç bir yerdə qaçmaq / Nowhere To Run
1994 – Küçə döyüşçüsü / Street Fighter ( Gil rolunda )
1994 – Kikboksçu / Kickboxer 4
1994 – Zaman polisi (film, 1994) / Time Cop
1995 – Qəfil ölüm / Sudden Death
1996 – Maksimal risk (film, 1996) / Maximum Risk
1996 – Axtarış / The Quest
1997 – İkiqat komanda / Doeble Team
1998 – Legioner (film, 1998) / Legionnaire
1999 – Axırıncı vuruşma / Last to fight
1999 – Səhranın hərarəti / Desert Heat
1999 – Universal əsgər 2: Qayıdış / Universal Soldier 2: The Retume ( Lyuk rolunda )
2001 – Qayda / The Order
2001 – Replikant / Replikant
2002 – Aşağı buraxılan / Derailed
2003 – Cəhənnəmdə / İn Hell
2004 – Ölümün izi / Wake Of Death
2004 – Narko / Narco
2006 – Möhkəm müdafiə / Hard Corps
2006 – Komandirin müavini / Second in Command
2006 – İmtahan / The Examen
2007 – Ölümə kimi / Until Death
2008 – JVCD / JVCD
2009 – Universal əsgər 3 : Regenerasiya / Universal Soldier 3 : Regeneration ( Lyuk rolunda )
2009 – Əjdaha gözləri / Dragon Eyes
2011 – Kunq-fu Panda 2 / Kung Fu Panda 2
2011 – Universal əsgər 4 : Yeni / Universal Soldier 4 : A New ( Lyuk rolunda )
2012 – Əjdaha gözləri 2 / Dragon Eyes 2
2012 – Məğlubedilməzlər 2 / The Expendables 2

Maraqlı faktlar
Jan Klod Van Dammın ləqəbi "Brüsseldən gələn əzələlər"dir.
Boy ölçüsü 1.77 sm-dir.
5 döyüş sənətinin sirlərinə yiyələnmişdir : Taekvando , Kikboksinq , Muay Tay , Şotokan Karate və Kunq Fu.
Uşaqlıqda 5 il balet ilə məşğul olmuşdur.
Van Damm Rusiyanın keçmiş prezidenti Vladimir Putin ilə dostluq edib.
Van Damm klassik musiqiləri sevir , ən sevdiyi bəstəkar isə alman bəstəkarçısı Bethovendir.
Kikboksçu filmindəki Tampo rolunda oynayan Mişel Kissi onun uşaqlıq və ən yaxın dostudur.
Van Damm ingilis dilini televizordakı uşaq verilişi olan ,, Filinstoun " verilişindən öyrənib.İngilis dilindən başqa fransız və alman dillərini də bilir.
1980-cı illərdə karate ustası olan Çak Norrisin Sparrinq-Partnyoru olub.
Van Damm 7 musiqi klipində çəkilmişdir.


Tarix: 30.01.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 832 Bölmə: Aktyorlar
loading...