beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Karl Hardmen

Karl Hardmen (ing. Karl Hardman; 22 Mart 1927-22 Sentyabr 2007) — ABŞ aktyorudur. Ən uğurlu çəkildiyi film "Yaşayan ölünün gecəsi" filmidir.

Həyatı

Karl Hardmen 22 Mart 1927-ci il tarixində Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olmuşdur. Karyera boyu cəmi 2 filmə çəkilmişdir. İlk filmi olan "Yaşayan ölünün gecəsi" filmində aktyor olmaqla yanaşı filmin prodüserlərindən biri olmuş və aktyor heyətini yığmışdır. 1996-cı ildə isə "Santa Klaus" filmində "Brüs Brunsvik" rolunu canlandırmışdır. Karl Hardmen 22 Sentyabr 2007-ci ildə 80 yaşında mədəaltı xərçəngi xəstəliyindən vəfat etmişdir.

FilmoqrafiyaİlFilmin adıRol
1968Yaşayan ölünün gecəsiHarri
1996Santa KlausBrüs Brunsvik


Tarix: 30.01.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Aktyorlar