Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maykl Duqlas

Maykl Duqlas (ing. Michael Kirk Douglas; 25 sentyabr 1944, Nyu-Cersi, ABŞ) —ABŞ aktyoru.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Tanınmış Amerika aktyoru və prodüseri Maykl Duqlas 1944-cü il sentyabrın 25-də Nyu-Cersi ştatının Nyu-Bransuik şəhərində, aktyor ailəsində anadan olub. Valideynləri – Kerk və Diana Duqlaslar tanınmış aktyorlar idi. Maykl təhsilini hərbi məktəbdə alsa da, aktyor olmağı arzulayırdı. Məktəbi bitirəndən sonra Kaliforniya Universitetinin dramatik incəsənət fakültəsinə qəbul olunur. Burada oxuduğu müddətdə məşhur aktyor Deni de Vito ilə tanış olur. Bu tanışlıq sonralar dostluğa çevrilir və onlar bir sıra filmlərdə tərəf-müqabil olurlar.

Maykl Duqlasın aktyor kimi ilk işi "San-Fransiskonun küçələri" filmində polis müfəttişi Mayk Stoun obrazı olur. Bu rol ona uğur gətirir. 1975-ci ildə Maykl prodüseri olduğu "Ququ quşunun yuvası üstündən uçarkən" filmində işləyir. Baş rolda tanınmış aktyor Cek Nikolson çəkilir. Bu film geniş şöhrət qazanır və "Oskar"a layiq görülür. Prodüser kimi ikinci işi nüvə silahı probleminə həsr olunmuş "Çin sindromu" filmi olur. Bu filmdə aktyor özü də baş rollardan birini oynayır.

1980-ci ildə Maykl Duqlas xizəklə sürüşərkən ciddi zədə alır və bir müddət kinodan uzaqlaşır. Üç il müalicə olunur və yenidən sənətə qayıdır. 1980-ci illərdə aktyor bir-birinin ardınca müxtəlif filmlərə çəkilir. "Nil mirvarisi", "Uoll-strit", "Rouzların müharibəsi" və s. filmlərdə yaratdığı obrazlar onun peşəkarlığını bir daha sübut edir. Bu illərdə o, Hollivudda ən populyar aktyorlardan biri idi.

1992-ci ildə Şeron Stounla birlikdə çəkildiyi "Əsas instinkt" filmi kino tənqidçiləri tərəfindən birmənalı qarşılanmasa da, geniş şöhrət qazanır. Bundan sonra o bir çox filmlərə çəkilir, ancaq onlardan ikisi, "Oyun" və "Traffik" daha çox tamaşaçı auditoriyası toplayır.

Son illərdə Maykl Duqlas "Mənim atam dəlidir" və "Sabiq rəfiqələrin qarabasmaları" filmlərində çəkilib.

Aktyor Hollivudun ən gözəl aktrisalarından biri olan Ketrin Zeta-Consla ailə qurub, bir oğlu və bir qızı var.


Tarix: 30.01.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 412 Bölmə: Aktyorlar
loading...