Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mel Gibson

Mel Kolmsil Cerard Gibson (ing. Mel Colm-Cille Gerard Gibson) — Avstraliya-Amerika əsilli kinoaktyor, rejissor, ssenarist və prodüser.

Mel Gibson 3 yanvar 1956-cı ildə ABŞ-ın Nyu-York ştatının Pikskil şəhərində anadan olmuşdur. Ailədə 11 uşaqdan 6-cısı idi. Atası Hatton Gibson dəmiryolu konduktoru kimi çalışırdı. Mel doğulduqdan dərhal sonra ailə Avstraliyanın Yeni Cənubi Uels əyalətinə köçür. Məktəbi bitirdikdən sonra Sidney şəhərində yerləşən Yeni Cənubi Uels Universitetində təhsil almışdır.Mündəricat
1 Şəxsi həyatı
2 Filmoqrafiya
2.1 Aktyor işləri
2.2 Rejissor işləri
3 Xarici keçidlər


Şəxsi həyatı

7 iyun 1980-ci ildə Robin Mur ilə ailə həyatı qurmuşdur. 2006-cı ilin avqustunda cütlük ayrı yaşamağa başladı və 2009-cu il aprelin 13-də Robin boşanmaq üçün məhkəməyə müraciət etdi. Aprelin 28-də Mel Gibson "X Adamlar: Rosomaxa" filminin açılış mərasiminə rus pianisti Oksana Qriqoryeva ilə birlikdə gəldi və mayın 26-da Cey Lenonun televiziya şousunda Oksanadan uşağı olacağını etiraf etdi. 30 oktyabr 2009-cu ildə onların Lüsiya adlı qızları dünyaya gəldi. 2010-cu ilin aprelində Mel Gibson Oksana Qriqoryeva ilə münasibətləri kəsdiyini elan etmiş və iyun ayında Lüsiyanın himayəsinin valideynlərdən hansına verilməsi barədə məhkəmə çəkişməsi başlamışdır.

Mel Gibsonun Robin Murla evliliyindən 7 uşağı var.

Filmoqrafiya

Aktyor işləri
Yay şəhəri (1977)
Tim (1979)
Dəli Maks (1979)
Dəli Maks-2 (1981)
Çay (1984)
Ölümcül silah (1987)
Hamlet (1990)
Əbədi cavan (1992)
Sifətsiz adam (1993)
Meverik (1994)
Cəsur ürək, 1995
Kasper (1995)
Fidiyə (1996)
Atalar günü (1997)
Vətənpərvər (2000)
Paparassi (2004)

Rejissor işləri
Sifətiz insan, 1993 (ing. Man Without a Face)
Cəsur ürək, 1995 (ing. Braveheart)
İsanın ehtirasları, 2004 (ing. Passion of the Christ)
Apokalipsis, 2006 (ing. Apocalypto)
Əsl vəhşilər, serial (2004—2005) (ing. Complete Savages)


Tarix: 30.01.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 325 Bölmə: Aktyorlar
loading...