Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Al Paçino

Alfredo Ceyms "Al" Paçino (ing. Alfredo James "Al" Pacino) — italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri. O, həm də teatr aktyoru kimi tanınır. "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülüb.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mükafatları
4 İstinadlar


Həyatı

Al Paçino 25 aprel 1940-сı ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967—1969-cu illərdə Nyu-York polisi (N.Y.P.D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb. Bu roluna görə kino tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilib.

1973-cü ildə o, "Serpiko", "Müqəvva" filmlərində, sonralar isə "Xaç atası-2" (1974), "İt günündə günorta" (1975), "Bobbi Derfild" (1977), "Ədalət hamı üçündür" (1979), "Qatili axtaran" (1980), "Müəllif! Müəllif!" (1982) filmlərinə çəkilib. 1983-cü ildə Al Paçino özünün əsas işlərindən saydığı Brayn De Palmanın "Çapıqlı üz"(1983) filmində "Toni Montana" rolunu oynayıb. Səksəninci illərdə Al güclü alkoqol aludəçisinə çevrilib. Nəticədə onun kino karyerasında dörd illik boşluq yaranıb. Bu illəri o teatra həsr edib.

1989-cu ildə o yenidən filmlərə çəkilməyə başlayıb. 1992-ci ildə "Qadın ətri" filmindəki roluna görə "Oskar" mükafatına layiq görülüb.

2010-cu ildə "Sən Ceki tanımırsan" televiziya filmində Dr. Cek Kevorkian rolunu canlandırıb.

Filmoqrafiya
FilmlərİliAzərbaycanca adıRoluOrjinal adı
1969Mən, NataliToniMe, Natalie
1971Nidl Parkda təşvişBobbiThe Panic in Needle Park
1972Xaç atasıMaykl KorleoneThe Godfather
1973SerpikoFrenk SerpikoSerpico
1973MüqəvvaToni DamatoScarecrow
1974Xaç atası-2Maykl KorleoneThe Godfather: Part II
1975İt günündə günortaSonni VortzikDog Day Afternoon
1977Bobbi DerfildBobbi DerfildBobby Deerfield
1979Ədalət hamı üçündürArtur Kirklənd...And Justice for All
1980Qatili axtaranStiv BornsCruising
1982Müəllif! Müəllif!İvan TrevelianAuthor! Author!
1983Çapıqlı üzToni MontanaScarface
1985İnqilabTom DobbRevolution
1989Sevgi dəniziFrenk KellerSea of Love
1990Yerli kəkəliQrexemThe Local Stigmatic
1990Dik TreysiBig Boy CapriceDick Tracy
1990Xaç atası-3Maykl KorleoneThe Godfather: Part III
1991Frenki və ConniConniFrankie and Johnny
1992AmerikalılarRiki RomaGlengarry Glen Ross
1992Qadın ətriFrenk SleydScent of a Woman
1993Karlitonun yoluKarlito "Çarli" BriqanteCarlito’s Way
1995DördlükGitano SabatoniTwo Bits
1995Ələ keçirməLeytenant Vinset HannaHeat
1996Riçardın axtarışındaRiçard IIILooking for Richard
1997Donni BraskoBenjamin "Solaxay" RuqqieroDonnie Brasco
1997İblisin vəkliCon MiltonThe Devil’s Advocate
1999Yaxın adamLauell BerqmanThe Insider
1999Hər bazar günüToni DamatoAny Given Sunday
2000Çin qəhvəsiQarri LevinChinese Coffee
2002YuxusuzluqUill DormerInsomnia
2002SimonaViktor TaranskiSimone
2002Lazım adamlarEli VurmanPeople I Know
2003GiqliStarkmanGigli
2003Amerikada mələklərRoy ConAngels in America
2004Venesiyalı tacirŞeylakThe Merchant of Venice
2005İkilik pulUolter EbramsTwo for the MoneyKurtlar Vadisi Ep 96,97
2007Ouşenin on üç dostuUilli BenkOcean's Thirteen
200788 dəqiqəDr. Cek Qremm88 Minutes
2008Öldürmək hüququDevid "Ruster" FiskRighteous Kill
2010Sən Ceki tanımırsanDr. Cek KevorkianYou Don't Know Jack
2011Təhlükəli məhəllədetektiv StenfordThe Son of No One
2011Cek və Cillöz rolundaJack & Jill


Mükafatları
"Xaç Atası: II Hissə" və "İt günündə günorta" filmlərində ən yaxşı kişi roluna görə "BAFTA" mükafatı
"Qadın Ətri" (1992) filmində ən yaxşı kişi roluna görə "Oskar" mükafatı
Venesiya kinofestivalından "Qızıl aslan" mükafatı (1994).
"Sən Ceki tanımırsan" televiziya filmindəki roluna görə "Emmi" mükafatı (2010).


Tarix: 30.01.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 993 Bölmə: Aktyorlar
loading...