Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Linden Eşbi

Linden Eşbi (ingiliscə:Linden Ashby, ABŞ, 23 Mart 1960) — Amerika aktyordur. Ən məşhur rolu Ölümcül döyüş filmində Conni Keyc roludur.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Televiziya serialları
4 İstinadlar
5 Xarici keçidlər


Həyatı

Linden Eşbi 23 Mart 1960–cı ildə Atlantik-Biç şəhərində anadan olmuşdur.[1]. Məktəbi bitirdikdən sonra Dyuranqoda yerləşən Fort Lyuis kollecini (Koloradanın rəsmi məhtəqəsi) qurtarır. Linden Eşbi biznes və psixologiyanı oxuyur. 1987-ci ildən etibarən Linden Eşbi Karate, Taekvando və Kunq Funu öyrənir. Həmin ildən başlayaraq filmlərdə və seriallarda çəkilməyə başlayır. Ən məşhur filmi 1995-ci ildə çəkilən Ölümcül döyüş filmi olur. Linden Eşbi 1986-cı ildən etibarən Syuzan Uolters ilə ailə həyatı qurmuşdur. Onların Qreys (1991) və Savanna (1992) adlı iki qız övladları var. Linden Eşbi sörfinqlə və buz üstə sürüşmə ilə maraqlanır. Həmçinin, şəxsi samolyotu ilə səyahət etməyi də xoşlayır.

Filmoqrafiya
1987 – Balaca varlı kasıb: Barbara Hattonun həyatı
1990 – Gecə mələyi
1990 – Günəşin mərkəzində
1990 – Cənab və xanım Bric
1995 – Ölümcül döyüş / Mortal Kombat (Conni Keyc rolunda)
1995 – Partlayış
2000 – Qətl günü
2000 – Qorxulu attraksion
2002 – Snayper 2
2004 – Vəhşilik 2
2004 – Vəhşilik 3
2004 – Anakonda 4: Qanın izi
2011 – Canavar balası

Televiziya serialları
1987 – Bir 10-a qarşı (1st & Ten)
1989 – Çayna Biç
1989 – Sevgililər
1993 – Yeni il
2005–2007: Gözlər


Tarix: 30.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: Aktyorlar
loading...