beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şüyüdlü Balqabaq Şorbası

MATERİAL SİYAHISI:

2 balqabaq
2 şorba q. Kərə yağı
1 soğan
1 su s. Süd
3 şorba q. Un
Duru yağ
Ət suyu
Duz
Su

ÜZƏRİ ÜÇÜN:

Şüyüd

İÇİ:

Balqabaqları xırda kub şəklində doğrayırıq. Soğanı yeməli doğrayırıq. Dərin bir tavaya duru yağ töküb soğanları qovururuq. Balqabaqları əlavə edib qovurmaya davam edirik. Ayrı bir qazana kərə yağını qoyub əridirik. Unu əlavə edib qovururuq. Unun iyi çıxanda soyuq südü tökürük və çırpma teliylə sürətli qarışdıraraq konsistensiyanı açırıq.

Soyuq ət suyunu da tökürük və qarışdırırıq. Balqabaq pörtən suyla birlikdə digər qazana çatdırırıq. Konsistensiya tünd olsa isti su əlavə edirik. Duzunu atırıq. Xörək bişəndə üzərinə doğranmış şüyüd qoyaraq xidmət edirik.


Tarix: 23.01.2015 / 11:47 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Şorbalar ve Helimler