beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makaronlu küftəli şorba resepti

Tərkibi:
200 qr qiymə
1 ədəd kartof
1 ədəd soğan
yarım stəkan makaron
qaynar su
yarım ç/q tomat pastası
yarım ç/q bibər pastası
kərə yağı
keşniş
şüyüd
duz

Hazırlanması:
Soğan xırda doğranılır və yağda qızardılır.
Soğan bir az qızardıqda tomat pastası və blbər pastası əlavə olub qarışdırılır.
Qiymədən balaca küftələr hazırlanır soğanlı qarışığa əlavə edilib biraz qızardılır.
Soğanlı küftəli qazana 2 litr qaynar su tökülür və qaynaması gözlənilir. Qaynadıqda xırda kub çəklində doğranmış kartof, duz və makaron əlavə olunub 2-3 dəqiqə qarışdırılır.
Şorbanın kartofu və makaronu bişdikdə yemık qazdan götürülür. Üzərinə doğranmış keşniş, şüyüd səpilir.


Nuş olsun!


Tarix: 29.11.2014 / 12:50 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Şorbalar ve Helimler