beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vermişelli toyuq şorbası resepti

Tərkibi:
3 tikə toyuq əti
100 qr vermişel
1 ədəd soğan
1 ədəd kartof
yarım ç/q tomat pastası
kərə yağı
1 lt su
duz

Hazırlanması:
1. Soğan xırda, kub şəklində doğranılır və yağda qızardılır.


2. Soğan biraz qızardıqdan sonra toyuq əlavə olunur.


3. Toyuq biraz pörtləndikdən sonra üzərinə tomat pastası əlavə olunur.


4. Tomat pastasl ilə biraz bişirildikdən sonra qaynar su əlavə olunub duz vurulur və vermişel əlavə edilir.


5. Kartof təmizlənir kub şəklində doğranılıb şorbaya əlavə edilir.

6. Kartof tam bişdikdə yemək qazdan götürülür.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:50 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Şorbalar ve Helimler