beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Portağallı Keks

Lazım olan ərzaqlar:

3 ədəd yumurta
2 st şəkər tozu
3,5 st un
1 st duru yağ
1 st qatıq
Bir paket qabartma tozu
Yarım st (0,5 st) rəndələnmiş portağal qabığı
İkinci rəng üçün 2 çay qaşığı kakao


Hazırlanması:

3 ədət yumurtanı şəkər tozu ilə birlikdə yaxşıca qarışdırırıq.
Daha sonra duru yağı əlavə edirik. Qatığı da əlavə edib qaışdırırıq. Unumuzu yavaş yavaş qatışığa əlavə edib qarışdırırıq. Qabartma tozunu və portağal qabığını əlavə edib qarışdırırıq. Kiçik bir qaba isə 1 çay qaşığı duru yağ töküb,( bu duru yağ içindəkindən ayrı istifadə edilir)üzərinə 2 çay qaşığı kakaonu əlavə edirik və yağla qarışdırırıq. Xəmirdən 1 stəkanını düzəltdiyimiz kakaolu qarışıqla qarışdırırıq.

sonra onu keks bişirmək üçün olan qaba tökürük. Əvvəlcə keksi bişirəcəyimiz qaba kakaosuz xəmirin yarısını töküb,sonra üzərinə kakaolu xəmirin hamısını əlavə edib, bunun da üzərinə kakaosuz xəmirin qalan yarısınıda əlavə edirik. (şəkildəki kimi)
175 dərəclik sobada 30-35 dəq qızarana qədər bişiririk.



Keksimiz Hazırdir.


Tarix: 19.12.2012 / 22:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 558 Bölmə: Şirniyyatlar