beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Albalı tort resepti

Ərzaqlar:

4 yumurta
4 stəkan şəkər tozu
4 stəkan un
1 çay qaşığı qabartma tozu
1 raket vanil
1 kasa dondurulmuş albalı

Krem üçün

3 xörək qaşığı un
2 stəkan süd
1,5 stəkan şəkər tozu
1 paket vanil

Üstü üçün

1 raket krem-şanti
1 stəkan süd
1/2 çay qaşığı qida boyası

Hazırlanma qaydası:

Dərin qabda yumurta və şəkər tozunu köpüklənənə qədər mikserlə qarışdırın. Un, qabartma tozu və vanili əlavə edərək təkrar qarışdırın. Qarışığı yuvarlaq keks qabına tökün, 180 dərəcəyə qədər qızdırılmış sobada bişirin.

Sonra qazana süd, un, şəkər tozu və vanil töküb vam odun üzərində bişirin, qarışıq hazır olandan sonra mikserdə 5 dəqiqə qarışdırın. Hazır olan tort yarımfabrikatını qəlibdən çıxarın, ortadan kəsib iki yerə bölün. İslatmaq üçün “Nescafe” və şəkər tozu qarışığı hazırlayın, kremin hamısını yayın, albalıları düzün, digər hissə ilə qapadın.

1 paket krem-şantini 1 stəkan süd qarışdırın, yarım çay qaşığı qida boyası əlavə edərək təkrar qarışdırın və tortün üzərinə çəkin. Tortun kənarlarını doğranmış şokoladla bəzəyin.

Nuş olsun!


Tarix: 08.12.2012 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 567 Bölmə: Şirniyyatlar