beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şokoladlı Qurabiyələr

Bu qurabiyələrə Ingiliscə “crinkle” deyilər, yəni “qırış” və yaxud “çat”. Çünki bişdikdən sonra üstləri elə bil qırışmış olur. Həm görünüşü, həm dadı əla olur. Həm böyüklər, həm uşaqlar xoşlayır.
Şokoladlı “Qırış” Qurabiyələr
Lori Longbothamın ”Luscious Chocolate Desserts” kitabından adaptə edilmişdir

Təxminən 20 ədəd qurabiyə üçün

Ərzaqlar:

140 qram acışirin (bittersweet) və ya yarışirin (semisweet) plitka şokolad – doğrayın
Bir stəkanın dörtdə üçü qədər + 2 xörək qaşığı un (qeyd – bir stəkan 150 qram un deməkdir)
Yarım çay qaşığı soda
Dörtdə bir çay qaşığı duz
115 qram kərə yağı – otaq hərarətində
Yarım stəkan şəkər tozu (adi)
Yarım stəkan tünd şəkər tozu (mixəyi rəngdə olur)
1 ədəd iri yumurta
1 çay qaşığı yarım vanil ekstraktı (pure vanilla extract)
Yarım stəkan şəkər kirşanı (pudrası)


Harızlanma Qaydası:

Şokoladı istiyə dayanıqlı bir qaba qoyub, qabı su qaynayan qazanın üstünə yerşəşdirin. Qarışdıra-qarışdıra şokoladı əridin. Qabı kənara çəkin.

Ayrı kasada un, soda və duzu qarışdırın.

İri bir kasada yağı mikserlə yüngülləşənədək çalın. Hər iki şəkəri buraya əlavə edib kütlə hamar olanadək çalın. Ərinmiş şokoladı buraya əlavə edib, qarışanadək çalın. Yumurta və vanili də əlavə edib, çalın. Mikserin sürətini azaldıb, unlu qarışığı yavaş-yavaş alınan kütləyə əlavə edib, çalın ki, qarışsın. Alınan kütləni bir qaba qoyub, üstünü örtün. Bərkiməsi üçün 2 saat ərzində soyuducuda saxlayın (bütün gecəni də soyuducuda qala bilər).

Sobanı 190Cdək qızdırın. İki ədəd iri listin dibini yağlayın.

Şəkər kirşanını bir qaba qoyun. Xəmirdən diametri 2.5 santimetrində toplar düzəldin. Topların hər tərəfini şəkər kirşanına batırıb, listlərə 5 sm aralıqda düzün. Qurabiyələri 8 dəqiqə ərzində bişirin. Bişmiş qurabiyələr bir qədər yumuşaq olacaq – bu normaldır. Soyuduqlarında bərkiyəcəklər. Qurabəyələri sobadan çıxartdıqdan sonra, qoyun listdə 2 dəqiqə soyusun, sonra isə soyuma tellərinin üstünə düzün ki, tamamilə soyusunlar.


Tarix: 09.12.2012 / 14:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 410 Bölmə: Şirniyyatlar