beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paxlava

Xəmir üchün

Maya – 30 gr

Yumurta – 1

Qızdırılmısh süd – 0,5 l

Un – 1 kg

Yağ – 250 gr

İci

Qoz – 1 kg, əvvəldən qovrulub chəkilmish

Shəkər – 1 kg

Kardamon

Üstü üchün

Maye-sirop: 1 stəkan su + 1 stəkan shəkər + 1 x.q. bal

Ərinmish yağ 10 x.q.


30-35 gradus Selsiya qızdırılmısh biraz südün ichində mayanı əridin. Un və 1 x.q. shəkər əlavə edin. Orta kütlə (nə bərk, nə də ki yumshaq) alınsın. İsti yerə qoyun, kütlə 3-4 dəfə artmalıdır.

Yağı əridin və qalmısh südü qatın ichinə. Otaq temperaturuna qədər soyudun.

Bir qaba unu töküb chuxur achın və oraya mayalanmısh kütləni tökün. Sonra yumurtanı və yağla südü əlavə edin. Əvvəlcədən unu az tökün. Sonra lazım olduqca əlavə edin.
Xəmiri bərk yoğurmayın, xəmir ələ yapıshmamalıdır, o yumshaq, hamar olmalıdır. Nə qədər chox yoğursaz, bir o qədər yaxshıdır. Mənim nənəm deyirdi ki, mayalı xəmir əlləri sevir.

Xəmir yaxıntılı konsistensiya alınan kimi 0,5-1 saatlıq isti bir yerə qoyun. Hələlik isə qozu hazırlayın. Yaxshı olardı ki ich üchün qozu əvvəldən hazırlayasız.

1 kg chəkilmish qoza 1 kg shəkər və kardomon tozu əlavə olunub yaxshı qarıshdırılır. Qozu un kimi narın chəkməmək, bizim evdə xoshlayırlar qoz dishlər arasında hiss olunsun. Amma ən iri qoz qara istiotdan böyük olmamalıdır.

Xəmirdən 12 (!) kündə tutursuz, onlardan 11 eyni, 12-cisi isə iki dəfə böyük olmalıdır. Kündələri dəsmalın üstünə qoyub sellofanla örtün ki, qurumasınlar. 5 dəq. gözləyin. Xəmiri achın (yayın). Xəmir nazik olmalıdır. Xəmir yapıshırsa, un əlavə edin, amma artıq olmasın, chünki paxlavaya chox un olmaz! Achılmısh xəmiri listin ölchüsündə kəsib listə sərirsiz. Bu layın üstünə ich tökməyirsiniz. İkinci kündəni achın, sərin birincinin üstünə və qoz ichini bərabər səpin. Beləcə sonuncu kündəyədək.

+

Sonuncu kündə qalən olmalıdır – bu üst laydır. Paxlava rom shəklində kəsilir, hər paxlavanın ortasına yarım ləpə və yaxud püstə qoyulur. Yumurta sarısına zəfəran saplaqları qatılır və bununla üst lay chıkilir.

Paxlava 200 gradus Selsiya bishirilir. 10 dəq sonra, paxıavanın qıraqları qalxan kimi üstünə əvvəldən hazırlanmısh ərinmish (bitki yox) yağ tökülür. Paxlava sarı rəng alanadək bishir. Hazır olmağa 10 dəq qalmısh paxlavanı duxovkadan chıxarıb üstünə hazırlanmısh siropu – 1 stəkan su+1 stəkan shəkər+1-2 ch.q. bal tökün. Yenə paxlavanı 10 dəqiqəlik duxovkaya qoyun. Chalıshın paxlavanı isti olarkan bir-birindən ayırmaq. Üzü ashağa yığın. Soyuyan kimi chevirin və qaoaqlı qazana yığın.

Nuş olsun!


Tarix: 10.12.2012 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1040 Bölmə: Şirniyyatlar