beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fındıqlı rulet

Ərzaqlar:

Biskvit xəmir üçün:

1 stəkan un

1 stəkan şəkər tozu

4 ədəd yumurta

Sirop üçün:

4-5 x.q. qatılaşdırılmış süd

3-4 x.q. qoz ləpəsi və ya fındıq

Şəkər pudrası


Hazırlanma qaydası:

Biskvit xəmiri hazırlayın. Sonra sobanın listinə perqament kağızı qoyub, üzərindən nazik qatla xəmiri yerləşdirin.

Biskviti 200-220 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin. Bişmiş biskviti sobadan çıxarıb, soyumaq üçün kənara çəkin.

Qatılaşdırılmış südü 4-5 saat ərzində suda bişirin.

Soyumuş biskviti perqament kağızından ayırın. Sonra biskvitin üzərinə bişmiş qatılaşdırılmış südü çəkib, xırda doğranılmış fındıq və ya qoz ləpəsini səpin. Sonra biskviti səliqəli rulet formasında büküb, üzərinə şəkər pudrası səpin. Çalışın, biskvitin üzərinə 7-8 saatdan sonra qatılaşdırılmış südü çəkin, əks halda biskvit ovulub, tökülə bilər. Nuş olsun!


Tarix: 09.12.2012 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 551 Bölmə: Şirniyyatlar