beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı qurabiyyəasi

Kərə yağı (marqarinlə məsləhət bilmirəm, dadı yaxşı olmayır) – 350 gr

Şəkər tozu – 160 gr

Un – 600 gr

Yumurta ağı -1 d.


Kərə yağını şəkər tozu ilə mükəmməl qarışdırın, sonra yumurta ağı əlavə edib, çalın. Sonda ələnmiş un vurulur və yenə çalınır. Yaxıntılı konsistensiya alınmalıdır. Mən bu konsistensiyanı plastelina oxşadıram.

Xəmir romaşka formada üstündə yağlı kağız olan listə çökdürülür. Romaşkanın ortasında oyug açılır və oraya meyvə püresi (povidlo) qoyulur. Aydın görünmək üçün pürenin rəngi tünd olmalıdır. Olar sarı rəngdə də – qaysı mürəbbəsi. Məndə qatı albaı mürəbbəsi idi.
Qurabiyyə 250 gradus Selsiyada təhminən 10 dəq. bişirilir. Tez bişdiyi üçün yanmasın deyə yanında olun.

Nuş olsun!


Tarix: 10.12.2012 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 459 Bölmə: Şirniyyatlar