beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Moruqlu rulet

Yay şirniyyatın daha bir resepti

Ərzaqlar:

Xəmir üçün:

3 ədəd yumurta

1 x.q. şəkər tozu

0,5 banka qatılaşdırılmış süd

100 qram kərə yağı və ya marqarin

4-6 x.q. un

qabartma tozu

Krem üçün:

200 qram moruq (2 stəkan)

400-500 ml moruq və ya vanilli yoqurt

0,5-0,75 stəkan şəkər tozu

150 ml qaymaq (33%)

0,5 stəkan şəkər pudrası

2 x.q. jelatin (tez həll olunan)

Hazırlanma qaydası:

Unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın. Kərə yağı və yaxud marqarini əridib, kənara qoyun. Yumurtaları şəkər tozu ilə mikserdə çalıb, üzərinə tədricən qatılaşdırılmış südü əlavə edin. Sonra üzərinə unu tökərək, yenidən yaxşıca mikserlə çalın. Sonra çalınmış xəmirin üzərinə əridilmiş yağı əlavə edib, yaxşıca qarışdırın.

Bişirmək üçün xüsusi forma qabına perqament kağızı qoyub və yaxud bitki yağı ilə yağlayandan sonra, çalınmış xəmiri forma qabın içinə bərabər şəkildə tökün. Xəmiri 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirin. Bişmiş korju perqament kağızı ilə birlikdə rulet şəklində büküb, soyumaq üçün kənara qoyun.

Krem hazırlamaq üçün:

Boşqabın içinə soyuq su tökərək, üzərinə moruqları yerləşdirin. Moruqları səliqəli yuyandan sonra, suyunu süzün. Əgər moruqları axar suyun altında yusaz, onlar əzilə bilər.

Moruqları qurulayandan sonra, jelatin məhlulunu hazırlamağa başlayın.

Jelatin məhlulunu hazırlamaq üçün: tez həll olunan jelatinin üzərinə qaynar su töküb(70° -80°), jelatin əriyənə qədər qarışdırın. Sonra jelatini süzgəcdən keçirib, üzərinə 2-3 xörək qaşığı yoqurtdan tökərək qarışdırın.

Qalan yoqurtun üzərinə isə 0,5-0,75 stəkan şəkər tozu töküb, mikserlə çalın. Sonra çalınmış yoqurtun üzərinə 130-150 qram moruq və jelatini əlavə edib, yaxşıca qarışdırın. 15-20 dəqiqə ərzində soyuducuya yerləşdirin. Qaymağı şəkər pudrası ilə çalıb, moruqlu kremin üzərinə əlavə edərək yaxşıca qarışdırın.

Soyumuş korjun üzərinə bərabər şəkildə kremi yayıb, üzərindən moruq giləmeyvələrini düzün. Sonra korju rulet kimi səliqəli büküb, falqa kağızın içinə qoyaraq, 2-3 saat ərzində soyuducuya yerləşdirin.

Ruletin üzərinə çalınmış qaymaqdan çəkib, üstünə öz zövgünüzə görə sürtkəcdən keçirilmiş şokolad və moruq giləmeyvələri ilə bəzəyə bilərsiz.

Nuş olsun!


Tarix: 08.12.2012 / 15:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 682 Bölmə: Şirniyyatlar