beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayram Şəkərburası

Ləvazimatlar

Un – 500 q

Kərə yağı – 150 q

Maya – 20 q

Yumurta – 1 ədəd

Süd – 200 q

Duz

İçlik üçün:

Fındıq və ya badam ləpəsi – 500 q

Şəkər tozu – 500 q

Hil – 5 ədəd

Vanil – 5 q


Hazırlanma qaydası

1. Xəmiri hazırlamaq üçün: kərə yağı əridilir.

2. Süd qızdırılır və ilıq halda kərə yağına əlavə edilir.

3. Ələnmiş una yumurta, duz, süd-yağ qarışığı və maya əlavə edilib yumşaq xəmir yoğrulur.

4. Xəmir isti yerdə 30 dəq. saxlanılır.

5. İçliyi hazırlamaq üçün: fındıq qozçəkən maşından keçirilir, əzilmiş hil və şəkər tozu ilə qarışdırılır.

6. Xəmir xırda kündələrə bölünür.

7. Hər yayılmış kündəyə 10-15 q içlik qoyulub (içlik kündənin qıraqlarına dəyməməlidir) bükülür.

8. Şəkərburalara naxış vurulub, listə yığılıb öncədən 180 dərəcəyədək qızdırılmış sobada 7-10 dəq. hazırlanır.


Tarix: 08.12.2012 / 15:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Şirniyyatlar