beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan nanı

Əla növ buğda unu – 325q, kərə yağı – 160q, şəkər kirşanı – 95q, kişmiş – 80q, sukat – 50q, yumurta 115q, fındıq ləpəsi – 50q, zəfəran – 0,06q, ammonium – 12q, pomada üçün şəkər tozu – 245q, patka – 25q, quru karmin boyağı.

Xəmir yoğurmaq üçün lazım olan fındıq xırdalanır, sukat xırda doğranır, kərə yağı şəkər kirşanı ilə bircinsli kütlə alınana qədər çalınır. Sonra buna yumurta, zəfəran şirəsi, fındıq, kişmiş, sukat və ammonium karbonat əlavə edilir, yaxşıca qarışdırılır. Ələnmiş un tökülüb tez xəmir yoğrulur. Xəmir yoğrulması ilə bərabər eyni zamanda şəkər tozu və patkadan pomada hazırlanır. Xəmir ),5 kq-lıq kündələrə bölünür və hər pay 30-35 mm diametr ölçüsündə baton şəklinə salınıb içinə perqament kağızı sərilmiş dəmir listlərə düzülür. Üzərinə yumurta sürtülür, 180-2000 S tempraturda 20-25 dəq. bişirilir. Soyuduqdan sonra üzərinə çəhrayı pomada çəkilir, pomada bərkidikdən sonra baton 40 mm enində qıyqacı dilim formasında tikələrə doğranır.


Tarix: 10.12.2012 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 324 Bölmə: Şirniyyatlar