beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şokoladlı Kəsmikli Maffinlər

Ərzaqlar

1 stəkan kəsmik (İtalyan ricotta pendiriylə əvəz edə bilərsiniz)
2 ədəd iri yumurta
1 stəkan + bir stəkanın üçdə bir hissəsi qədər süd (320 ml)
1 xörək qaşığı tam vanil ekstraktı (vanilla extract)
4 xörək qaşığı kərə yağı (57 qram) – əridib soyudun
2 stəkan un
1 stəkan + bir stəkanın dörtdə bir hissəsi qədər şəkər tozu
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
Bir stəkanın üçdə ikisi qədər kəm-şirin kakao tozu
1 stəkan yarı-şirin şokolad parçaları (plitka şokoladı xırda xırda doğrayın və ya şəkildə gördüyünüz mini-şokoladlardan istifadə edin)


Sobanı 180Cdək qızdırın. Soba rəfini sobanın orta yerinə yerləşdirin. 16-ədədlik maffin formasını ya maffin kağızıyla sərin, ya da dibini və kənarlarını azacıq yağlayın.

İri qabda kəsmiyi qarışdırın. Yumurtaları bir-bir əlavə edərək mikserlə çalın ki, qarışsın. Süd, vanil, yağı da əlavə edib, yenidən qarışdırın. Alınan kütləni kənara qoyun.

Ayrı iri qabda un, şəkər tozu, qabartma tozu, duz və kakaonu qarışdırın. Kəsmikli qarışığı buraya əlavə edib qaşıqla qarışdırın. Şokolad parçalarını əlavə edib yavaşca qarışdırın. Çox qarışdırmayın yoxsa maffinləriniz bərk alınar!

Alınan kütləni maffin formasındakı 16 çökək arasında bölün – hər çökəyin təxminən üçdə iki hissəsini doldurun. Maffinləri 20 dəqiqə və yaxud üstü qızaranadək və ortasına kibrit batırıb çıxartdığınızda kibrik quru qalanadək bişirin.


Tarix: 09.12.2012 / 14:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Şirniyyatlar