beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salatli tort

Ərzaqlar:

3 ədəd yumurta

150 qram xiyar

0,5 ədəd soğan

250 qram pomidor

100 qram göy soğan

120 qram vetçina

10 ədəd qırmızı turp

125 qram pendir

100 qram xırda sort pomidor (çerri)

Kahı yarpaqları

Sous hazırlamaq üçün:

100 qram mayonez

150 qram yoqurt və ya qaymaq

duz, istiot

cəfəri

Hazırlanma qaydası:

Bütün ərzaqları yuyub, təmizləyin.

Pomidor, xiyar, qırmızı turp və soğanı nazik halqa formasında doğrayın.

Göy soğanı xırda-xırda doğrayın.

Vetçinanı xırda kub formasında doğrayın.

Pendiri sürtkəcin xırda gözündən keçirin.

Bişmiş yumurtaları halqa formasında doğrayın.

Sous hazırlamaq üçün:mayonezin üzərinə yoqurt, duz, istiot, xırda doğranılmış cəfəri əlavə edib, yaxşıca qarışdırın.

Hazırlanmış ərzaqları qabda aşağıdakı kimi laylarla düzün. İstəsəniz hər layın üstündən hazırladığınız sousu tökün və yaxud ayrıca salatla birlikdə sousu süfrəyə verin.

1-ci lay: kahı yarpaqları

2-ci lay: nazik halqa formasında doğranılmış xiyar, sous

3-cü lay: soğan, sous

4-cü lay: pomidor, sous

5-ci lay: göy soğan

6-cı lay: vetçina, sous

7-ci lay: yumurta, sous

8-ci lay: qırmızı turp, sous

Salatın üstündən sürtkəcdən keçirilmiş pendiri səpin.

Salatı süfrəyə verərkən öz zövgünüzə görə yarı kəsilmiş xırda sort pomidor (çerri) və göyərti ilə bəzəyin. Nuş olsun!


Tarix: 08.12.2012 / 14:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 595 Bölmə: Şirniyyatlar