beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞirniyyatlarAğlayan tort

Lazım olan ərzaqlar:

- 3 ədəd limon;

- 1 stəkan şəkər tozu;

- 1 paket krem-şanti;

- 1 stəkan süd;

- 1 paket limon jelesi;

- 2,5 stəkan isti su;

- 2,5 stəkan soyuq su.

Hazırlanma qaydası:

Süd və krem-şantini möhkəm qarışdırıb soyuducuda saxlayın. Limonu sürtgəcdən keçirib suyunu sıxın. Şəkər tozu və limon suyunu şəkər əriyənədək qarışdırın. Qaynayan suda limon jelesini də əriyənə qədər həll edib mikserə tökün, şəkərli limon suyu və krem-şantiyi də əlavə edib möhkəm qarışdırın, düzbucaqlı şüşə qaba qoyub soyuducuda bir gecə saxladıqdan sonra süfrəyə verin. Ardı »

ŞirniyyatlarKlassik Süngər Biskviti

Klassik Süngər Biskviti
Essentials of Baking, Williams-Sonoma kitabından adabtə edilmişdir

Qeyd: Qənnadçılar biskvit bişirəndə xüsusi metodla hazırlanan biskvit unundan istifadə edirlər. Mən sizə onun evdə hazırlanma qaydasını reseptdə izah edəcəyəm. Bu un biskviti yumuşaq və yüngül edir. Stəkan bir çay fincanı (servis çaşka kimi) qədər tutur.

1 stəkan biskvit unu (resepti aşağıda verilir)
5 ədəd iri yumurta – ağı sarısından ayırılmış – mütlər otaq temperatunda olmalıdırlar!
1 stəkan şəkər tozu
yarım çay qaşığı vanil ekstraktı (duru vanil)

Əvvəlcə biskvit ununu hazırlayın. Bunun üçün sizə adi əla növ buğda unu və qarğıdalı nişastası lazım olacaq (basqa nişastalar olmaz). Bir stəkan unu ölçün, sonra isə üstündən 2 Ardı »

ŞirniyyatlarQarışqa yuvası tortu

Qarışqaların yaratdığı möcüzəvi mənzərəni təsvir edən tortun resepti

Ərzaqlar:

Xəmir üçün: 200 qram kərə yağı

3 x.q. şəkər tozu

3 x.q. xama

1,5-2 ç.q. yumşaldıcı

4 stəkan un

bir az vanilin

Krem üçün:

200 qram kərə yağı

1 banka qatılaşdırılmış süd (suda bişmiş olsun)

Tortu bəzəmək üçün:

şokolad

30-50 qram qoz ləpəsi

Xaşxaş

Hazırlanma qaydası:

Unu ələkdən keçirib, yarı hissəsinə yumşaldıcı əlavə edin. Kərə yağını əridib, təmiz boşqaba tökün. Kərə yağın üzərinə şəkər tozu, xama, vanilin əlavə edib, qarışdırın. Tədricən un əlavə edərək, xəmir yoğurun (əvvəlcə yumşaldıcı qarışdırılan unu, sonra isə qalan unu əlavə edin). Xəmir yoğurandan sonra 30-40 dəqiqə ərzində soyuducuya yerləşdirin.

Soyudulmuş xəmiri ətçəkən maşından və yaxud sürtkəcin iri gözündən (onda Ardı »

ŞirniyyatlarBiskvitli rulet resepti)

Tərkibi:
Biskvit üçün:
4 ədəd yumurta
125 qr un
125 qr şəkər tozu

Hopdurma üçün:
150 ml su
150 qr şəkər tozu
1-1/2 x/q tünd rom

Şirəsi üçün (qlazur):
2 x/q süd
3 x/q şəkər tozu
2 x/q kakao tozu
50 qr duzsuz kərə yağı

İçlik üçün:
şokoladlı-yağlı krem

Hazırlanması:
1. İnqredientlər hazırlanır.
2. Biskvit hazırlanır. Qarışdırma teli ilə yumurta və şəkər tozu oda davamlı qazanda qarışdırılır.
3. Qazan isti su vannasına yerləşdirilir və yumurta blenderlə qarışdırılır.
4. Kütlənin rəngi ağarmalı və həcmi 3 dəfə artmalıdır. Əsas odur ki yumurtalar çox isinməsin. Yumurtaların temperaturu 38ºC keçməməlidir.
5. Qazan su vannasından çıxarılıb, kütlə soyuyana qədər qarışdırılır.
6. Kütlə soyuyandan sonra, xörək qaşığı ilə ələkdən keçirilmiş un əlavə edilir.
7. Maye xəmir azacıq yağlanmış perqament kağızı Ardı »

ŞirniyyatlarLimonlu Dördbucaqlar

Ərzaqlar

Bu resept üçün sizə təxminən 2 ədəd iri limon lazım olacaq
1 stəkan + 2 xörək qaşığı un
1 stəkan + bir stəkanın dörtdə üçü qədər şəkər kirşanı (pudrası) + əlavə olaraq üstünə səpmək üçün
2 xörək qaşığı rəndələnmiş limon qabığı
Bir çimdik duz
115 qram soyuq kərə yağı – xırda-xırda doğrayın
Yarım çay qaşığı qabartma tozu
3 ədəd iri yumurta – otaq hərarətində
Dörtdə bir stəkan + 3 xörək qaşığı təzə sıxılmış limon suyu



Hazırlanma Qaydası

Soba telini sobanın orta rəfinə yerləşdirin. Sobanı 175C-dək qızdırın. Ölçüsü 20 sm olan dördbucaq formanın dibini və kənarlarını yağlayın.

İri kasada unun 1 stəkanını, şəkər kirşanının dörtdə bir Ardı »

ŞirniyyatlarQaısı piroq

Qaısı piroq

MATERİAL SİYAHISI:

2 su s. Un
1 yumurta
100 q. Kərə yağı
1 çay s. Toz şəkər
1 çay q. Qabartma tozu
1 pk. Vanil
2 şorba q. Su

PLOMBU ÜÇÜN:

2 su s. Toz fındıq
2 yumurta
1 su s. Toz şəkər
1 pk. Vanil

ÜZƏRİ ÜÇÜN:

Qaysı

İÇİ:

Unu qarışdırma qabına tokuruk. Ortasını hovuz kimi açırıq. Ortaya yumurta qırırıq, otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Suyunu axıdırıq. Kənarlara da şəkər tozu, qabartma tozunu və vanili tökürük. Ortadakı mayeləri qarışdırırıq. Kənardan da un alaraq xəmiri yoğururuq. Xəmir ortaya çıxana qədər yoğurub yoğururuq.

İçini Ardı »

ŞirniyyatlarQırmızı alçalı keks

Qırmızı alçalı keks

MATERİAL SİYAHISI:

3 yumurta
1,5 su b. Toz şəkər
1 çay b. Duru yağ
1 su b. Fındıq
1 pk. Vanil
1 pk. Qabartma tozu
2 şorba k. Kərə yağı
1 çay b. Süd
300 q Qırmızı alça
6 şorba k. İlə un

İÇİ:

Otaq temperaturunda yumurtaları qarışdırma qabına qırırıq. Şəkər tozunu tökürük (toz şəkərin 2 xörək qaşığını alça üçün ayırırıq. Və mikserlə yaxşıca köpüklənən qədər 4-5 dəqiqə çalırıq. Duru yağ və süd tökürük. Otaq temperaturunda yumşalmış olan kərə yağını əlavə edirik.

6 xörək qaşığı ilə un, iri qırılmış fındıq, qabartma tozu və vanili qoyub qarışdırırıq. Keks Ardı »

ŞirniyyatlarKəsmikli Qurabiyyə

22 qurabiyə üçün

Ərzaqlar

2 1/2 stəkan əla növ un
1 çay qaşığı qabartma tozu (yarım qaşıq çay sodası ilə əvəz edə bilərsiniz)
1 çay qaşığı duz
1/5 çay qaşığı hil (toz halında) – (hiliniz yoxdursa, əlavə etməsəniz də olar)
115 g duzsuz kərə yağı – otaq hərarətində yumuşaldılmış
2 stəkan şəkər tozu
2 yumurta – otaq hərarətində
425 g ricotta pendiri və ya kəsmik
1 ədəd limonun suyu
1 ədəd limonun rəndələnmiş qabığı



+

1. Sobanı 190C-dək qızdırın.

2. Bir qabda unu, qabartma tozunu, duzu və hili qarışdırın.

3. İri bir qabda kərə yağı və şəkər tozunu mikserlə ağaranadək, təxminən 3 dəqiqə ərzində çalın. Bir-bir yumurtaları Ardı »

ŞirniyyatlarŞaftalılı piroq

Şaftalılı piroq

MATERİAL SİYAHISI:

2,5 su b. Un
125 q. Kərə yağı
2 yumurta
1 su b. Şəkər kirşanı
1 pk. Vanil
1 çay k. Qabartma tozu

KREMİ ÜÇÜN:

2,5 su b. Süd
1 çay b. Toz şəkər
2 şorba k. Un
1 şorba k. Qarğıdalı nişastası
2 şorba k. Köpükləndirilmiş şəndi

ÜZƏRİ ÜÇÜN:

Şaftalı

İÇİ:

Unu qarışdırma qabına alırıq. Kirşanı şəkərini, vanili və qabartma tozunu səpirik. Ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Yumurtaları qarışdırırıq. Ortadan başlayaraq yoğurmağa başlayırıq. Xəmirin konsistensiya ortaya çıxanda yuvarlayırıq. Dəzgaha un səpirik və xəmiri qoyuruq. Xəmirin Ardı »

ŞirniyyatlarMöcüzə tortu

Ərzaqlar:
Biskvit üçün:
4 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan un
Korj üçün şirə:
130 qram şəkər tozu
120 ml su
1 x.q. konyak

Süfle üçün:
300 ml qaymaq (33%)
1,5 stəkan şəkər pudrası
20 qram jelatin
Şokolad şirəsi üçün:
2 x.q. xama
50 qram kərə yağı
3 x.q. şəkər tozu
2-3 x.q. kakao

Tortu bəzəmək üçün:
0,5 stəkan qoz ləpəsi
50 qram şokolad

Hazırlanma qaydası:
Biskviti hazırlayıb, sobada bişirin. Sonra biskvit korjunu forma qabından çıxarıb, 8-12 saat müddətində kənara qoyun. Sonra korju iki hissəyə bölüb, hər iki korjun üzərinə hazırladığınız şirəni çəkin.
Sufle hazırlamaq üçün:
1 stəkan südün içinə jelatini töküb, 1 saat Ardı »

ŞirniyyatlarLəziz kəsmik kətəsi resepti

Tərkibi:
Kəsmik 5%-li - 600 qram
Yumurta - 1 ədəd
Duz - bir çimdik
Şəkər tozu - 100-150 qram
Un - 2 xörək qaşığı

Hazırlanması:
1. Bütün ərzaqları qatın, ələkdən keçirin. Kəsmiyi ələkdən keçirməsəniz də olar. Yaş əllə bu kütlədən kürəciklər düzəldin.
2. Bu ölçüdən istifadə etsəniz təqribi 13 ədəd kəsmik kətəsi olmalıdır. Unlayın, sonra bir balaca silkələyin ki, artıq un üzərindən tökülsün.
3. Tavaya yağ tökün, orta atəşdə kəsmik kətəsini qızardın.
4. Bir tərəfi qızarandan sonra tavanın qapağını örtün. Zəif odda ikinci tərəfini bişirin. Bu zaman kətə şişəcək.
5. Bişən kətələri kağız salfetin üzərinə yığın ki, artıq yağı hopsun.

Nuş olsun! Ardı »

ŞirniyyatlarTonton Çörək

Ərzaqlar:
2 stəkan un
1.5 stəkan kekun tozu
3 yumurta
1.5 stəkan toz şəkər
1 stəkan süd
1 xörək qaşığı mahlep
1 qabartma tozu
2 damla saqqızı
1/2 marqarin
Hazırlanması:

Bir qaba unu boşaldıb marqarini otaq istiliyində yumşaldaraq şəkər, saqqız, süd, qabartma tozu və iki yumurta ilə birlikdə mikserdə qarışdırın.
Yağlanmış yumru bir keks qabına qarışığı tökün, qalan yumurtanı çörəyin üzərinə sürüb 150 dərəcə sobada 50 dəqiqə bişirin.
Hakkında: çörəkdə istifadə edilən damla saqqızı Ege bölgəsin sadəcə bəzi bölgələrində yetişən saqqız ağacının öz suyundan əldə edilən təbii saqqızdır. Nadir bölgələrdə yetişdiyi və istehsalı az olduğu üçün olduqca bahalı təbii maddədir. Nuş Olsun! Ardı »

ŞirniyyatlarŞokoladlı Bananlı Keks

Şokoladlı Bananlı Keks

Qeyd: Azərbaycanda “baking powder”ın olub olmadığından əmin deyiləm. Əgər yoxdursa, bunun yerinə keksə sadəcə soda əlavə edin. Toplam 0.5 çay qaşığı soda kifayətdir.

Ərzaqlar

1 3/4 stəkan (245 q) un
1/4 stəkan (30 q) tünd kakao tozu
1 stəkan (250 q) şəkər tozu
1 çay qaşığı baking powder (səhf etmirəmsə, rusca buna pekarskiy poroşok deyirlər)
1/4 çay qaşığı soda
1/4 çay qaşığı duz
bir çimdik vanil tozu
3 yetişmiş banan (təxminən 454 qram), yaxşıca əzilmiş (təxminən 1 1/2 stəkan banan püresi əldə edəcəksiniz)
2 böyük yumurta, yüngülvari mikserlə və ya qaşıqla çalınmış
1/2 stəkan (120 q) qazın üzərində və ya mikrodalğalı Ardı »

ŞirniyyatlarHavana tortu resepti

Tərkibi:
Karamelizə edilmiş fındıq
350 q fındıq (iri doğranmış)
10 x.q. şəkər tozu

Alt qat üçün:
2 yumurtanın sarısı
100 q yağ
3 x.q. un
8 dolu x.q. karamelizə edilmiş fındıq

Orta qat üçün:
4 yumurtanın ağı
8 dolu x.q. karamelizə edilmiş fındıq

İçi üçün:
3 x.q. (30 q) jelatin
1 l süd
1 budaq vanil
15 x.q. şəkər tozu
500 q 33%-li çalınmış qaymaq
3 x.q. şəkər pudrası

Hazırlanması:
Əvvəlcə karamelizə edilmiş fındıq hazırlamaq lazımdır. Şəkər tozunu tavaya qoyub vam odda karamel halına düşənədək əridin, fındığı əlavə edib dərhal qarışdırın, perqamentin üzərinə bir lay döşəyin. Soyuduqdan sonra xırdalayın.

İçin hazırlanması:
Jelatini 6 x.q. suda isladın.
Vanil budağını ortadan bölüb toxumlarını çıxarın. Toxumları qabıqları və şəkər tozu ilə birlikdə südə əlavə edib ocağın üstünə Ardı »

ŞirniyyatlarŞokoladlı qızıl güllər peçenyesi

Ərzaqlar:

Xəmir 60 ədəd peçenye üçün nəzərdə tutulub

Xəmir üçün:

300 qram kərə yağı

3 stəkan un

3/4 stəkan xama

1-1,5 ç.q. xəmir yumşaldıcı

Şokoladlı xəmir üçün:

100 qram kərə yağı

1 stəkan şəkər tozu

1 stəkan un

2 x.q. kakao

1-2 x.q. qoz ləpəsi

darçın


Hazırlanma qaydası:

Əvvəl açıq rəngli xəmiri hazırlayın. Ələkdən keçirilmiş unun üzərinə yumşaldılmış kərə yağını xırda- xırda doğrayıb, əlavə edin. Sonra bıçaqla yağı əzərək, qarışdırın.

Xamaya yumşaldıcı əlavə edib, qarışdırın. Sonra unla kərə yağın qarışığına əlavə edib, xəmir yoğurun. Xəmiri xüsusi ərzaq üçün nəzərdə tutulan nazik şəffaf kağıza büküb, 40 dəqiqə ərzində soyuducuya yerləşdirin.

Bu qayda ilə şokoladlı xəmiri də hazırlayın. Qoz ləpəsini blenderdən keçirin. Xəmirin üzərinə şəkər tozu, kakao, ovulmuş qoz Ardı »

ŞirniyyatlarGilasli keks

Gilasli keks

MATERİAL SİYAHISI:

2 yumurta
1 çay s.Toz şəkər
1 çay s. Süd
1 çay s.Duru yağ
1 çay s.Fındıq
1 pk. Vanil
1 pk. Qabartma tozu
4 şorba q.Un
1 limon qabığı rəndəsi

İSLATMAQ ÜÇÜN:

1 su s.Süd

ÜZƏRİ ÜÇÜN:

1 pk. Köpükləndirilmiş şəndi
Gilas

İÇİ:

Yumurtaları qarışdırma qabına alırıq. Şəkər tozunu tökürük və mikserlə yaxşıca köpüklənən qədər çalırıq. Duru yağı və sürü tökürük, çalmağa davam edirik. Limon qabığını rəndələyirik. İçinə toz fındığı, vanili, qabartma tozunu və unu qoyuruq. Qarışdırırıq və yağlanmış soba qabına tökürük.

Əvvəldən isidilmiş 175 dərəcəlik sobada 16 dəqiqə bişiririk. Ardı »

ŞirniyyatlarAlmalı şirni

Almalı şirni

MATERİAL SİYAHISI:

1 lt. Süd
1 su b. Toz şəkər
1 şorba k. Un
1 şorba k. Nişasta
2 şorba k. Düyü unu
1 pk. Vanil

BAZA ÜÇÜN:

5 qırmızı alma
1 su b. Toz şəkər
1 çay b. Qoz
1 pk. Petibör biskvit
1 çay k. Darçın

İÇİ:

Südü qazana tökürük. Şəkər tozunu, unu, nişasta, düyü ununu və vanili əlavə edirik. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-ıb qaynamağa başlayanda altını bağlayırıq. Almaları soyuruq və tavaya rəndələyirik. Şəkər tozunu atırıq və qarışdıraraq bişiririk. Almalar yumşalan darçın əlavə edirik.

Qozu əl dəyirmanından keçiririk. Tavaya əlavə edirik. Ardı »

ŞirniyyatlarAnanaslı tort

Lazım olan ərzaqlar:

4 yumurta
1,5 stəkan un
1,25 stəkan şəkər
0,5 stəkan bitki yağı
1 stəkan blenderdə xırdalanmış ananas (konservləşdirilmiş kompotdan)
1 stəkan xırda ovulmuş qoz
xırdalanmış zəncəfil 0,5 stəkan təbii qatıq

Hazırlanması:

Gülməli dərəcədə tez hazırlanır – qarışdırıb, bişməyə qoymaq və 40 dəqiqədən sonra hazırdır.

Mətbəx sobasını («duxovka») 180 dərəcəyədək qızdırmaq, tavanı yağlamaq.

Yumurta, un, şəkər və qıtığı qarışdırmaq, buna digər ərzaqları qatmaq (qozun yalnız 2/3-i). Xəmiri tavaya qoymaq. Qozun qalanını 1 qaşıq şəkərlə qarışdırmaq və alınan kütləni xəmirin üzərinə səpmək. Sobada 40 dəqiqə bişirəndən sonra tort hazırdır. Ardı »

ŞirniyyatlarAlmalı Qurabiyələr

Almalı Qurabiyə

Gönül Candaşın “Bereketli Olsun” kitabından adaptə edilmişdir

Almalı qurabiyə Türkiyədə çox məşhur şirniyyatdır və hazırlanmasının bir neçə üsulu var. Mən bu resepti sınadım. Hazırlanması sizin üçün rahat olsun deyə orijinal reseptdə bəzi dəyişiklik və əlavələr etdim.

İçlik üçün:

3 ədəd alma
½ fincan şəkər tozu
½ çay qaşığı darçın
1 ovuc (təxminən 3/4 fincan) xırda doğranmış qoz (çox da xırda olmamalı,bir qədər iri doğranmalıdır)

Xəmir üçün:

2+3/4 fincan un
1/3 fincan şəkər pudrası
1 çay qaşığı qabartma tozu
250 qram duzsuz kərə yağı (otaq temperaturunda yumşalmış)
2 xörək qaşığı qatıq
1 xörək qaşığı limon qabığı rəndəsi

Şirniyyatın üzərinə səpmək üçün şəkər pudrası

Hazırlanması:
İçliyin hazırlanması: Almaların qabığı soyulur. Ardı »

ŞirniyyatlarNektarin tortu

Lazım olanlar

Şəkərli xəmir üçün:

Un — 600 q

Kərə yağı — 400 q

Şəkər kirşanı — 200 q

Yumurta — 1 ədəd

Duz — bir çimdik

İçlik üçün:

Un — 60 q

Kərə yağı — 20 q (əridilmiş)

Nektarin (tüksüz şaftalı) — 2 ədəd

Martsipan — 120 q

Şəkər kirşanı — 160 q

Yumurtanın ağı — 7 ədəd

Hazırlanma qaydası

Şəkərli xəmiri hazırlamaq üçün:

1. Otaq temperaturunda yumşaldılmış kərə yağı və şəkər kirşanı mikserlə ağaranacan çalınır.

2. Çalınmış kütlənin üzərinə yumurta əlavə edilir və yenidən mikserlə çalınır.

3. Qarışığa un və duz əlavə olunaraq əl ilə xəmir yoğrulur və 10 dəq. soyuducuda saxlanılır.

İçliyi hazırlamaq üçün:
nektarin Ardı »