beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şokoladlı dondurma tortu

Tortun dadı hər kəsin əhval-ruhiyyəsini qaldıracaq

(17×17 forması üçün nəzərdə tutulub)

Ərzaqlar:

200 qram undan hazırlanmış yumşaq şokoladlı peçenye
50-70 qram kərə yağı
500 qram plombir
badam və ya fındıq
Şirə üçün:
100 qram qatılaşdırılmış süd
100 qram qara şokolad
1 x.q. şəkər tozu
1/3 ç.q. kərə yağı
bir çimdik vanilin

Hazırlanma qaydası:

Peçenyeni ətçəkən maşından və ya mətbəx kombayndan keçirib, ovun. Sonra yumşalmış kərə yağını əlavə edib, yaxşıca qarışdırın. Hazırladığınız kütlə nə çox qatı, nə də çox yumşaq olmamalıdır. Sonra hazırladığınız kütləni xüsusi bişirmək üçün forma qabına yerləşdirib, 20 dəqiqə ərzində dondurucu kamerada saxlayın.
Donmuş kütlənin üzərinə yumşalmış dondurmanı yerləşdirib, səliqəli formada hər tərəfə yayırsız ki, hamar olsun. Sonra forma qabında yerləşən dondurmanı yenə də 2 saat ərzində dondurucu kamerada saxlayırsız.
Şirə hazırlamaq üçün: qatılaşdırılmış südün üzərinə xırda doğranılmış qara şokoladı əlavə edib, mikserdə çalın.
Sonra hazırladığınız şokoladlı şirəni dondurmanın üzərinə töküb, hər tərəfə eyni ölçüdə yayın. Nəzərə almaq lazımdır ki, şirəni soyuq dondurmanın üzərinə tökən kimi donur. Ona görə şirəni dondurmanın üzərinə tez töküb, hamarlayın.
Tortu yenə də dondurucu kamerada 30-40 dəqiqə ərzində saxlayın. Tortu dondurucu kameradan çıxarıb, üzərinə doğranılmış fındıq və ya badam səpin. Tortu 10 dəqiqə ərzində kənara çəkib, saxlayın. Süfrəyə verərkən dondurmanı xüsusi dondurma qablarına yerləşdirərkən, hər dəfə qaşığı qaynar suya batırın. Dondurmanı öz zövgünüzlə doğranılmış fındıq və ya badamla bəzəyin. Nuş olsun!


Tarix: 08.12.2012 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 512 Bölmə: Şirniyyatlar