beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağ çiçəyi tortu

Şokolad, çiyələk, kəsmik və qaymaqdan hazırlanan dadlı biskvit

Ərzaqlar:

Biskvit üçün:

6 ədəd yumurta

1,5 stəkan un

1stəkan+1/4 stəkan şəkər tozu

1x.q. kartof nişastası (kraxmal)

1-2 x.q. kakao

1,5 x.q. vanil şəkəri

Krem üçün:

500 qram kəsmik

0,75-1 stəkan şəkər pudrası

2 x.q. tez həll olunan jelatin

100 ml süd

250 ml qaymaq

300 qram çiyələk

Şirə üçün:

100 qram acı şokolad

Biskviti bəzəmək üçün:

150-200 ml (35%) qaymaq

0,5-0,75 stəkan şəkər pudrası

Çiyələk

Hazırlanma qaydası:

Şokoladlı biskviti hazırlamaq üçün: əvvəlcə unu kraxmal və kakao ilə qatıb, ələkdən keçirin. Yumurtaların sarısını ağından ayırın. Yumurtaların sarısını şəkərin yarım hissəsi ilə çalın. Üzərinə vanil şəkəri əlavə edib, yenidən yaxşıca çalın. Yumurtaların ağını isə, qalan şəkər tozu ilə çalın. Sonra çalınmış yumurtaların ağının 1/3 hissəsini, çalınmış yumurtaların sarısına əlavə edib, qarışdırın. Sonra üzərinə ələkdən keçirilmiş unu əlavə edib, yenə də qarışdırın. Alınmış kütləyə qalan yumurtaların ağını əlavə edib, səliqəli formada xəmiri qarışdırın. Hazırlanmış xəmiri xüsusi bişirmək üçün forma qabına töküb, xəmirin üstünü hamarlaşdırın.

Biskviti 170-200 dərəcə qızdırılmış sobada 1 saat ərzində bişirin. Bişmiş biskviti soyumaq üçün kənara çəkin.

Krem hazırlamaq üçün: tez həll olunan jelatinin üzərinə isti südü töküb, jelatin həll olunana qədər qarışdırın. Sonra süzgəcdən keçirin.

Kəsmiyi şəkər pudrası ilə əzib, üzərinə jelatin məhlulunu töküb, qarışdırın. Sonra üzərinə çalınmış qaymağı əlavə edib, yenidən qarışdırın.

Çiyələkləri təmizləyib, yuyun. Sonra çiyələkləri dörd hissəyə bölüb, kremin içinə əlavə edin.

Tortu hazırlamaq üçün: əvvəlcə korju 3 hissəyə bölün. Sonra biskvit bişən forma qabına, kəsilmiş korjun 3-dən 1 kəsilmiş hissəsini yerləşdirin. Korjun üzərinə kremin yarım hissəsini töküb, üzərinə ikinci korju yerləşdirin. Sonra ikinci korjun üzərinə qalan kremi töküb, üstünü hamarlaşdırın. Kremin üstündən üçüncü korju yerləşdirib, 2-3 saat ərzində soyuducuda saxlayın. (tortun kremi tamamilə donmalıdır).

Şokoladı əridib, üzərinə bir az qaymaq və ya bir parça kərə yağı da əlavə edə bilərsiz.

Tortun kremi donan kimi, tortun üstünə əridilmiş şokoladı gəzdirin. Tortun böyürlərini, yəni kənarlarını çalınmış qaymaqla sürtüb, çiyələklə bəzəyin. Tortu öz zövgünüzə görə, çiyələklə bəzəyin. Nuş olsun!


Tarix: 08.12.2012 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 562 Bölmə: Şirniyyatlar