beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmmədəli Fərzanə

Məhəmmədəli Fərzanə (1923 – 17 Yanvar 2006) — Cənubi Azərbaycanlı yazıçı və maarifçi.

Soldan Səbahi, Məhəmməd Əli Fərzanə, Rustəm Əliyev və Səhənd (Bulud Qaraçorlu) 1945-1946-ci illərdə

Həyatı

Məhəmmədəli Fərzanə 1923-ci ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra müəllimliklə məşğul olmağa başlamışdır. 1945-1946-cı illərdə Təbrizdə nəşr olunan "Azərbaycan" qəzetində (M.Ə. Qövsi imzasıyla) məqalələrlə çıxış etmiş və Dədə Qorqud dastanlarını şərh etmişdir. 1953-cü ildə Təbrızdən Tehrana köçmüşdür. 1963-cü ildə şairin "Bayatılar" adlı şeirlər kitabı çap edilmişdir. 1976-cı ildə Əxtər xanımla ailə həyatı qurmuşdur.

1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülmüşdür. Ürək xəstəliyindən əziyyət çəkdiyinə görə 1998-ci ildə müalicə üçün İsveçin Göteborq şəhərinə getmişdir. 2006-ci il yanvar ayının 17-də vəfat etmişdir.

Şəhriyar Məhəmmədəli Fərzanənın şəxsiyətini təqdir edərək onun haqqında aşağıdakı beyti yazmışdır:

Bax ki Tehranda nə Fərzanələr olmuş Valeh
Bax ki Təbrizdə nə şairləri Şeyda elədim

Əsərləri
Bayatılar
Zəbani dəstur zəbane Azərbaycan (farsca)
Gozidehayi əz Təranehaye (tərcumə) (farsca)
Çenin bud əmma çenin nəxahəd bud (tərcumə) (farsca)
Guşehayi əz Xaterat Və çənd dastan əz Cəlil Məmmədquluzadə (farsca)
Şəhriyar və Heydər Baba (farsca)
Dədəmin kitabı
Mirzə Baqir Hacizadədən çap olunmuş xatirələr
Azərbaycan el mahnıları
Azərbaycan uşaq folkloru
Molla Nəsrəddin lətifələri
Azərbaycan el sözlərı
Təmsillər və məsəllər
Azərbaycan aşıqları antologiyası
Məqalələr
Rəsul Rzanın şerlərinin farsca tərcüməsi (farsca)
Torkane Parsiquy (farsca şeir yazmış türk şairlərinin antologiyası) (farsca)
Azərbaycan dilinin qirameri (qrammatikası)
Vajenameye Avayi (Azərbaycan dili barəsində) (farsca)
Ana dilimiz və milli varlığımız uğrunda xatirələr
Fərhənge Loğate Azərbaycan


Tarix: 17.01.2013 / 11:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 365 Bölmə: Şairlər və Yazıçılar